Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 21:25

Dünən, 21:21

Dünən, 21:19

Dünən, 20:00

Dünən, 19:58

Dünən, 19:03

Dünən, 16:06

Dünən, 13:56

Dünən, 13:13

Dünən, 08:36

26-09-2020, 20:57

25-09-2020, 16:47

25-09-2020, 16:44

25-09-2020, 16:40

25-09-2020, 16:00

25-09-2020, 13:29

25-09-2020, 13:20

24-09-2020, 14:41

24-09-2020, 12:52

24-09-2020, 12:37

23-09-2020, 21:48

23-09-2020, 21:47

23-09-2020, 14:37

23-09-2020, 12:39

23-09-2020, 12:04

23-09-2020, 10:42

22-09-2020, 23:30

22-09-2020, 17:00

22-09-2020, 16:02

22-09-2020, 14:11

22-09-2020, 12:55

22-09-2020, 12:44

22-09-2020, 12:04

22-09-2020, 11:16

22-09-2020, 10:26

22-09-2020, 10:21

21-09-2020, 17:33

21-09-2020, 17:09

21-09-2020, 15:14

21-09-2020, 11:34

21-09-2020, 11:17

20-09-2020, 15:55

20-09-2020, 15:51

19-09-2020, 16:18

19-09-2020, 16:16

19-09-2020, 16:13

18-09-2020, 12:00

17-09-2020, 17:13

17-09-2020, 16:24

17-09-2020, 12:02

17-09-2020, 11:32

17-09-2020, 10:57

16-09-2020, 15:59

16-09-2020, 15:48

16-09-2020, 15:42

16-09-2020, 15:37

16-09-2020, 15:17

16-09-2020, 14:30

16-09-2020, 12:42

16-09-2020, 12:40

16-09-2020, 12:39

15-09-2020, 15:42

15-09-2020, 14:45

15-09-2020, 14:40

15-09-2020, 12:03

14-09-2020, 15:02

14-09-2020, 12:20

14-09-2020, 11:42

Fəlsəfə və Sosiologiya Akademiyasının məzmunu və məqsədi

Tarix: 25-08-2020 15:23   
Fəlsəfə və Sosiologiya Akademiyasının məzmunu və məqsədi
Təhsil insanın ən vacib ehtiyaclarından biridir. İnsanın ehtiyacları isə olduqca rənagrəngdir. Demək, təhsil sahələri də müxtəlifdir. Təhsilin əhəmmiyyətini anlayan və bu yola qədəm qoyan hər bir insan öz marağına və istedadına uyğun sahəni seçir. Son 30-40 ildə qlobal olaraq texniki-təcrübi elmlərə maraq artdığından humanitar sahələr kölgədə qalıb.

Hətta bu sahələrə ELM deyilmir. Lakin, bu, o anlama gəlmir ki, dünyanın aparıcı elm ocaqları Fəlsəfə tarixi, Siyasi fəlsəfə, Hüquq fəlsəfəsi, Din fəlsəfəsi, Əxlaq fəlsəfəsi, Sosiologiya və onun müxtəlif bölmələri, Tarix, Ədəbiyyat, İqtisadiyyatın və Menecmentin psixoloji və aspektləri və bu kimi humanitar sahələri təmamilə diqqətdən kənarda saxlayıb. Əsla! Bu gün müasir dünyanın qabaqcıl elmi mərkəzləri texniki sahələr qədər də olmasa humanitar araşdırmalara da ehtiyac duyur və bu sahəyə də yüksək yatırım edir. Məhz bu səbəbdəndir ki. elə həmin humanitar elmlərdə ən gözəl əsərlər belə mütərəqqi universitetlərdə ərsəyə gəlir. Elə əsərlər ki, oxuduqca doymursan, səni yormur, ən aktual məsələləri qabardır, onların həlli yollarını aydın şəkildə tədqiq edir.

Mən bir neçə ildir yuxarıda qeyd etdiyim sahələrdə seminarlar keçirəm, Tv və radio verilişlərində danışıram, və bir-iki kitabım da nəşr edilib. Bir müddətdir, bu çalışmaları vahid bir elmi mərkəzdə təmərküzləşdirməyi cani-dildən istəyirdim. Sanki Tanrım bu istəyimi duyub yolları açdı. Dəyərli və elmsevər insanlarımızın alicənab təşəbbüsləri nəticəsində Fəlsəfə və Sosiologiya Akdemiyası ərsəyə gəldi.

Nə edəcəyik?

Fəlsəfə tarixi, Müasir Qərb fəlsəfəsi, Şərq fəlsəfəsi, Siyasi fəlsəfə, Hüquq fəlsəfəsi, Əxlaq fəlsəfəsi, Sosiologiya, Siyasi tarix, Klassik ədəbiyyatın fəlsəfi notları (Nəsimi nəfəsi kitabı bu məzmundadır), Azərbaycanın ədəbi-fəlsəfi fikir tarixi kimi sahələrin hər biri haqda silsilə mühazirələr təqdim ediləcək və Fb-dan -"Fəlsəfə və Sosilogoya Akademiyası" səhifəsindən canlı yayımlanacaq. Hələlik, həftədə 1 dəfə. Sentyabrın əvvəlindən mühazirələrə start veriləcək.

Mühazirə yazı taxtası qarşısında, tam bir dərs atmosferində keçiriləcək. Müddət 40 dəqiqə nəzərdə tutulub. Dinləyicillərimizin sualları dərsin sonunda cavablandırılacaq.

Dərslər tam aydın izahlarla müşayiət olunacaq, var gücümlə faydalı olmasına, yorucu olmamasına çalışacağam. Dərslər forma baxımdan axıcı, asan, anlaşılan olsa da məzmun baxımından dəqiq və elmi olacaq. Çünku həmin sahələrdə yazılmış ən son kitablar əsasında olacaq.

Mühazirələr hansı sahədə olursa olsun, şərq-qərb müqayisəsinə xüsusi diqqət ayıracağam.

Fb-da canlı yayım edikdən sonra videolar Mail Yaqub YouTube kanalına yerləşdiriləcək.

Hər bir dərs efirə getdikdən sonra dərhal yazıya köçürülüb redaktə ediləcək və Akademiyanın saytında yerləşdiriləcək.

Novbəti addımda azərbaycan dilində dediyim mühazirənin ingilis dilində də təqdim edəcəyəm. Bu isə yalnıız video çəklişlər formatında olacaq. Yəni daxil üçün deyil, xarici auditoruya üçün nəzərdə tutlub.

Mühazirələrin mətnləri saytda hissə-hissə yerləşdiriləcək, dəsrlər bitdikdən sonra isə kitab formatında dəyərli oxucularımıza ərməğan ediləcək.

Məqsədimiz nədir?

Azərbaycanımızda humanitar elmlərə aid zəngin bir YouTube platforması yaratmaq, asan-analaşılan tərzdə elmi mühazirə mədəniyyətini genişləndirmək, bütün yaş kateqoriyalarını elmlə barışdırmaq, xüsusilə yuxarıdakı sahələrdə təhsil alan əziz tələbələrimizin yoluna işıq tutmaq, ölkəmizdə humanitar sahələrdə faydalı əsərləri yaymaq.

Bizimlə eyni məqsəddə olan bütün insanlarımızdan, xüsusilə dəyərli fikir adamlarından, alimlərimizdən bizə dəstək verməyi rica edirəm!

MAİL YAQUB

{sape_links}{sape_article}