Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 11:39

Dünən, 11:33

6-08-2020, 16:41

6-08-2020, 16:27

5-08-2020, 15:43

5-08-2020, 15:15

5-08-2020, 13:07

5-08-2020, 13:03

5-08-2020, 12:58

4-08-2020, 14:05

4-08-2020, 13:06

4-08-2020, 13:04

4-08-2020, 09:05

30-07-2020, 16:32

30-07-2020, 12:18

30-07-2020, 11:09

29-07-2020, 17:05

29-07-2020, 16:52

29-07-2020, 16:36

29-07-2020, 14:34

29-07-2020, 13:17

29-07-2020, 11:49

28-07-2020, 14:10

28-07-2020, 11:57

27-07-2020, 13:20

27-07-2020, 11:46

24-07-2020, 15:10

24-07-2020, 11:24

23-07-2020, 12:50

23-07-2020, 12:16

23-07-2020, 10:16

22-07-2020, 15:04

22-07-2020, 12:27

22-07-2020, 12:23

22-07-2020, 12:20

22-07-2020, 10:26

22-07-2020, 10:22

20-07-2020, 15:57

20-07-2020, 14:45

20-07-2020, 14:38

20-07-2020, 12:20

20-07-2020, 11:03

20-07-2020, 10:00

19-07-2020, 14:40

19-07-2020, 14:37

17-07-2020, 18:50

17-07-2020, 17:06

17-07-2020, 14:19

16-07-2020, 13:40

16-07-2020, 12:51

16-07-2020, 12:05

15-07-2020, 13:41

15-07-2020, 12:31

15-07-2020, 12:12

14-07-2020, 17:31

14-07-2020, 15:03

14-07-2020, 13:07

13-07-2020, 16:27

13-07-2020, 16:20

13-07-2020, 16:17

13-07-2020, 12:50

8-07-2020, 17:45

8-07-2020, 17:36

8-07-2020, 15:12

8-07-2020, 12:26

8-07-2020, 12:08

8-07-2020, 12:03

8-07-2020, 11:39

AVQUST DÖYÜŞLƏRİ

Tarix: 29-07-2020 14:34   
AVQUST DÖYÜŞLƏRİ
Vətən adlı qibləgahın, şəhid adlı səcdəgahı var. Vətənin hər qarış torpağına damlayan şəhid qanları vətənin müqəddəsliyindən xəbər verir. İllərin mübarizəsinin nəticəsi azad Azərbaycan və Azərbaycan torpağında ucalan şəhid məzarlarıdır. O məzarlar hər biri bir qəhrəmanlıq təcəssümüdür. O məzarlarda uyuyan qəhrəmanlar hər biri azadlıq uğrunda şəhadətə qucaq açanlardı. Son nəfəslərində belə hərarətli nəfəsləri ilə vətənə "vətən sənə canım fəda" sözlərini pıçıldayan o qəhrəmanların şücaətlərini bu vətənin hər bir övladı bilməlidir.

Tarix boyu erməni təcavüzünə məruz qalan vətənimin qeyrətini çəkən mərd oğullar hər zaman vətən uğrunda ölməyə və öldürməyə hazır olublar.
İl 2014 qızmar avqust səhəri...
Yenə vətən darda idi. Çünki murdar erməni əlləri vətənimə tərəf uzanmışdı. Vətənin oğullarına ehtiyacı var idi. O oğullar ki, vətən naminə yaşayırdılar.Avqustun 1-dən 3-nə qədər davam edən Avqust döyüşlərində adını tarixə yazan qəhrəmanlarımız çox oldu. Həmin döyüşün canlı qəhrəmanı olan Manafov Səməndər Müqamət oğlundan həmin o döyüşdə baş verənləri xəbər aldım. Bir hərbiçi üçün müharibədən danışmaq həm ağır həm də qürur verici idi.
"Vətən uğrunda şəhid olmaq şərəfdir. Biz vətən üçün, xalq üçün canımızdan keçəcəyimiz bu yolu öz arzumuzla seçmişik " sözləri ilə söhbətə başlayan qazimiz Səməndər Manafovun sözləri bir daha şəhadət yolçularının vətən sevgisini göz önünə gətirdi.
- 2014-cü il avqust ayının 1-də mənfur ermənilərin yenə də öz çirkin əmməllərindən daşınmayaraq Ağdam rayonu istiqamətindən hücuma keçərək mühəndis işləri görən şəxsi heyətə hücüm etdikləri, bu zaman bir neçə əsgərimizin şəhid olması barəsində xəbər aldıq. Avqustun 1-dən 2-nə keçən gecə düşmən təxribatının qarşısını almaq üçün həmin əraziyə yollandıq. Bu zaman düşmən yenə də üz-üzə gəlmək əvəzinə qorxaqcasına hiyləyə əl atdı. Əməliyyat qrupunu pusquya salmaq istəyən düşmənlər qarşılarında sıravi əsgərlər deyil bir neçə xarici ölkələrdə təlim keçmiş Xüsusi Təyinatlıları gördülər. Sayca düşmən əsgərləri çox olsa da 3-4 saat sürən döyüşdə düşmənin 40-dan çox kəşfiyyatçısı məhv edildi, 100-ə yaxın hərbiçisi isə yaralandı. Həmin zaman 3 şəhidimiz Əliyev Pərvin Səlahəddin oğlu, Əhmədov Elçin Rasim oğlu, Hüseynov Rahil Əfsər oğlu qəhrəmancasına şəhid oldular. Bir neçə əsgərimizsə yaralandı. Əslində həmin döyüşün daha iki qəhrəmanı var idi. Avqust döyüşlərindən cəmi iki il sonra baş verən Aprel döyüşlərində qəhrəmancasına şəhid olan mayor İmanov Samid Gülağa oğlu və kapitan Orucov Mühüd Qurban oğlu.
Bəli, əslində Aprel döyüşləri Avqust döyüşlərinin ardı idi. Apreldə qazanılan zəfərin təməli həmin Avqust döyüşlərində atılmışdı. 13 şəhidin ölümsüzlük qazanıb şəhadətə ucaldığı 3 günlük müharibə illərdən sonra ordumuzun pozduğu ilk sükut idi. Həmin gün düşmən Azərbaycan Ordusunun əzmini gördü. O döyüşdə silahdaşları şəhid olan qəhrəmanlar onların qisasını Aprel döyüşlərində aldılar. Həmsöhbətim Manafov Səməndər Müqamət oğlu da aprel döyüşlərində şəhadətin bir addımlığından dönüb. O, ağır yaralanaraq cisminin bir parçası olan ayaqlarını vətənə fəda edib.
Avqust döyüşlərinin izinə düşərkən yenə də qəhrəmanların vətən sevgisi məni ovsunladı. Vətən sevgisinin kök atdığı ürəklərdə təkcə bir arzu var idi. Qarabağın azadlığı. Onların bu azadlığa qovuşmaq üçün atmayacaqları addım yox idi. Bu qəhrəmanlardan biri Abdulov Hüseyn Etibar oğlu idi. 1995-ci il aprelin 13-də həyata gözlərini Sumqayıt şəhərində açan Hüseynin vətənə olan sevgisi hələ körpəlikdən özünü göstərirdi. 143 N-li məktəbdə orta təhsil alan Hüseyn məktəbi bitirən kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Ağdamın Xındıstan kəndində kəşfiyyatçı kimi davam edib. İşinin peşəkarı olan hərbiçi komandirləri tərəfindən dəfələrlə təltif olunub. Sonuncu döyüşdə silahdaşlarının şəhid olduğunu görən Hüseyn qartal kimi düşmən üzərinə şığıyıb. Onunla birgə üç döyüş yoldaşı da düşmənə tərəf irəliləyib. Bu zaman həmin üç hərbiçi düşmən gülləsinə tuş gəlib. Atılan güllələr Hüseyndən də yan keçməyib. Yaralanmağına baxmayaraq o yenə də düşmənə tərəf addımlayıb. O anda sanki Allahdan güc alan Hüseyn ikinci dəfə yaralansa da yenə ayaqda qalmağı bacarıb. Bu zaman düşmən qorxuya düşüb və snayperlə üçüncü dəfə qəhrəmanımıza atəş açıb. Bir an belə geri dönməyi düşünməyən Hüseyn bu dəfə də düşmənin açdığı güclü atəşə rəğmən son nəfəsini verməyib.Hələ yaşamaq, Qarabağı azad görmək arzusunda olan bu igid komandirinə "mən ölməyəcəm, mən yaşayacam" deyə-deyə əməliyyata götürülüb. Ancaq...
Son sözü "komandir atama, anama, bacıma salam deyin" sözləri olan Hüseyn şəhadətə ucalıb.
Vətən uğrunda can verən qəhrəmanların sayı nə bir deyil nə də min. İllərdi azadlığı qanla yoğrulan Azərbaycanın Biləsuvar rayonu Nərimankənd kəndinə eyni gündə üç şəhid gətrildi. Hər zaman qəhrəmanlarının şücaətləri ilə tanınan Mübariz oylağı bu dəfə də qəhrəman oğullarını bağrına basdı.
Biləsuvar torpağının bağrına basdığı Əliyev Pərvin Səlahəddin oğlu 1981-ci il martın 15-də Nərimankənd kəndində dünyaya gəlib. Ailəsinin vətənə layiq böyütdüyü Pərvin müharibə şəraitində olan Azərbaycana layiqli bir hərbiçi olmaq üçün hərbin dərinliklərinə yiyələnir. 1987-ci ildə birinci sinfə gedib, 1998-ci ildə məktəbi bitirən Pərvin 1999-ildə Hərbi xidmətə gedib. XTQ 6 aylıq kursun keçdikdən sonra Gizir kimi 16 il qüsursuz xidmət edib.Vətənləşən şəhidimizin bu gün bizə iki əmanəti qalıb. Övladları Riad və Aysel. Riad atasının yolunu davam etdirir.
Pərvinlə çiyin - çiyinə döyüşən silahdaşı, dostu, həmkəndlisi Hüseynov Rahil Əfsər oğlu da Avqust döyüşlərində vətənə can verən qəhrəmanlardan oldu. 1986-cı ildə Biləsuvar rayonunun Nərimankənd kəndində dünyaya göz açan Rahil də vətən naminə yaşayanlardan biri idi. Hər zaman məğrur duruşu ilə düşməni lərzəyə gətirən gizir Rahil Hüseynov avqustda baş verən döyüşdə qəhrəmancasına şəhid olub. Həmin döyüşdə böyük hünər göstərən qəhrəmanın ailəsi onun nişanına hazırlaşırdı. Xonçaları yar evinə getmək əvəzinə məzarına düzülən vətən oğlunun adı dillərdə, sevgisi isə ürəklərdə qaldı. Biləsuvar camaatı şəhidlərinə ağladı. Həmin gün sanki yer də göy də şəhidlərə ağladı. İnsanların şəhid deyib yanan ürəyinə yenə də od düşdü. Nərimankənd kəndi üçüncü şəhidini qarşıladı. Bu dəfə cəmi 6 ayın əsgəri olan Qarazadə Anar Vidadi oğlu öz canı ilə vətən torpağına sipər oldu. Üç həmkəndli yan-yana vətən torpağının qoynunda uyudu. Hər zaman bir - birini qoruyan şəhidlərin indi də məzarları bir-birinə dayaqdır.
Həmin gün Azərbaycanın sinəsi qan gölünə dönmüşdü. Bu dəfə Qax rayonuna şəhid xəbəri səda saldı. Əhmədov Elçin Rasim oğlunun al bayrağa bürünmüş cənazəsi doğulduğu rayona gətirildi. Vətən, xalq yolunda canından keçən şəhidimiz elin qollarında da son mənzilə yola salındı. Sevdiyi ilə əhd-peyman bağlayan nişanlı şəhidimiz sevdiyinə qovuşmadan şəhadətə ucaldı.
Əslən Qazax rayonunun Böyük Cəfərli kəndindən olan gizir Almazov İsə Ziyad oğlu da Avqust döyüşlərində böyük şücaət göstərən qəhrəmanlardan biri oldu. Özündən sonra dörd övladını vətənə, vətəni isə dörd övladına əmanət etdi.
Hər zaman düşmən təxribatına məruz qalan Tovuzun Aşağı Öysüzlü kəndində dünyaya göz açan 1995-ci il təvəllüdlü Poladov Vüqar Hidayət oğlu da Avqust döyüşlərinin qəhrəmanlarından biri oldu.
Dünyaya gəldiyi gün şəhadətə ucalan, əslində əbədiyyətdə şəhid kimi doğulan Əhmədov Qaryağdı Eldar oğlu. Doğulduqdan bir müddət sonra işğal olunur onun Ağdamı. Saybalı kəndində doğulan ancaq kəndindən didərgin düşən Qaryağdı elə Ağdamda gedən döyüşlərdə də qəhrəmancasına şəhid oldu. Uşaqlıqdan qəlbində böyütdüyü intiqamını alan qəhrəman qəlblərdə silinməyən iz saldı.
Cəmi 19 il ömür sürüb əbədiyaşarlıq qazanan Rəhimov Əli Fətulla oğlu da həmin döyüşün qəhrəmanlarından biridir. Masallı rayonunun Köçəkli kəndində doğulan şəhidimiz elə kənd qəbirsanlığında dəfn olunub.
Məmmədov Səftər Əlihüseyn oğlunun şəhid olması xəbəri bir anda Salyan rayonuna çatdı.Doğulduğu tprpağa şəhid kimi dönən qəhrəman ən uca məqama ucaldı. Həmin gün şəhadətə tələsənlər yaman çox idi. Cənnətin qapısı taybatay açılmışdı.
Hər baxışı sanki vətən deyən İbrahimov Elnur Mühəddin oğlu. Şəhadətindən eli, vətəni nura qərq olan Qubanın unudulmaz qəhrəmanı tarixdə iz salan qanlı Avqust döyüşlərində azadlıq naminə öz canından keçdi.
Bəzən elə həyatların izinə düşürəm ki, o həyatların çatdıqları arzu məni sevindirsə də çatmadıqları arzu məni çox kədərləndirir. Quliyev Sənan Qeyrət oğlunun dünyaya gələcək övladının onu yalnız şəkillərdən görüb tanıyacağı gerçəyi çox ağrılıdır. Böyük qızının üzünü doyunca görməyən Sənan ikinci övladını bağrına basmadan vətən torpağı onu şəhid kimi bağrına basdı.
Vətən torpağının laləzara çevrildiyi avqust günü şücaətin, qəhrəmanlığın tərənnüm olunduğuna hər kəs şahid oldu. Ruhunu, cismini vətənə təslim edənlər sırasına Elvin Əsgərov da qoşuldu. Şirvan şəhərində dünyaya gələn bu qəhrəman Ağdam torpağında şəhid oldu.
Azərbaycanın fərqli bölgələrində doğulan, lakin eyni eşq ilə vətənə bağlı olan şəhidlərin həyat hekayələri çox bənzərdir. Hər şəhidin vətən, bayraq, torpaq sevgisi örnək götürüləcək sevgidir. Mayasında vətəni sevmək, vətəni sahiblənmək olan qeyrətli vətən oğullarının sayəsində bu gün güclü, yenilməz Azərbaycan var.

ŞƏHİDLƏR
Cahanın sükütü pozulan vaxtı,
Günəşin göylərdə sozalan vaxtı,
Bir gəncə şəhidlik yazılan vaxtı,
Şəhidlər Allahın “əlini tutur”,
Şəhidlər dünyanı o an unudur.

Vətənin gününə ağlayan şəhid,
Düşmənin köksünü dağlayan şəhid,
Cənnətdə ayağın saxlayan şəhid,
Şəhadət zirvəsin bir məskən seçir,
Torpaq şəhidlərin qanını içir.

Vətənin uğrunda qurban gedən can,
Vətən harayına hər vaxt deyən “can”,
Səni yaşadacaq bu Azərbaycan,
Necə ki, yaşatdın vətənin adın,
Şəhidim,vətənlə çəkilir adın.

Müəllif :MANYA SƏXAVƏTQIZI

{sape_links}{sape_article}