Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Qarabağ qazisi axırıncı ümid yeri kimi DTX-nin rəisinə müraciət etdi

Tarix: 07-07-2020 13:15   
Qarabağ qazisi axırıncı ümid yeri kimi DTX-nin rəisinə müraciət etdi
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Rəisi Cənab general-leytenant Əli Nağıyevə.

Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, hərbi şəhərcik ev 1, mənzil 2 ünvanında qeydiyyatda olan 2-ci qrup Qarabağ müharibəsi əlili və veteranı, Cənab Prezident İlham Əliyev tərəfindən hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif olunmuş e.o gizir Əzizzadə Rəhman Həsən oğlu tərəfindən

Əlaqə nömrəsi: 050-897-09-14


ƏRİZƏ:
Çox Hörmətli Cənab Əli Nağıyev!

Öncə Sizi Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Rəisi təyin edilməyiniz münasibəti ilə əlaqədar səmimi qəlbdən təbrik edirəm. Xalqımız qarşısında üzərinizə götürdüyünüz bu böyük məsuliyyətli işinizdə Sizə uğurlar arzulayıram. Vəzifəyə təyin olunmağınızın müddəti bir ilə yaxın olsada Siz artıq Cənab Prezidentin Sizə göstərdiyi etimadı öz düzgün xidmətləriniz ilə doğrultmusunuz. Heç şübhəsiz ki, mənim müraciətim ilə də yaxından tanış olaraq layiqli müstəvidə həllinə göstəriş verəcəksiniz. Vətən uğrunda bir gözünü tam, digər gözünün görməsi 50% olan və həmin 50% görən tək gözü ilə çətinliklə bu məktubu Sizə yazan bir döyüşçünün dərdinə şərik olacağınıza inanıram və sizə güvənirəm.

Çox Hörmətli Cənab Əli Nağıyev!

Yazıb diqqətinizə çatdırmaq istəyirəm ki, mən Əzizzadə Rəhman Həsən oğlu Silahlı Qüvvələrin Füzuli rayonu istiqamətində "N" saylı hərbi-hissədə Vətənə xidmət etmişəm. Xidmətim zamanı bir neçə yüksək vəzifələrdə olmuşam. Sonuncu olaraq könüllü öz ərizəm ilə səngərdə post komandiri kimi xidmətimi davam etdirmişəm. Füzuli rayonu Alıxanlı kəndi istiqamətində başçısı olduğum post ilə düşmən postu arasındakı məsafə 65 metr idi. Xidmətim zamanı 28.12.2014-cü il tarixində düşmən təxribatının qarşısını alarkən ağır yaralanmışam. Nəticədə sağ gözümü tam, sol gözümün görməsini isə qismən itirmişəm. Başımda, çiynimdə və gözümdə çoxlu sayda qəlpələr gəzdirirəm. Böyrək və ürək-damar xəstəliklərindən də əziyyət çəkirəm.

Bildiyiniz kimi Qarabağ müharibəsi əlillərinə, veteranlarına və Şəhid ailələrinə ölkənin birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən xüsusi olaraq diqqət və qayğı göstərilir. Mehriban xanım mütəmadi olaraq bizlərlə görüşür, problemlərimizi dinləyir və həlli istiqamətində yerindəcə tapşırıqlar verir. Bu görüşlərdən biri də 2019-cu ilin aprel ayına təsadüf etmişdir. Həmin görüşdə iştirak etmək mənə də nəsib olmuşdur. Görüş zamanı Hörmətli Mehriban xanım ilə üz-üzə söhbətimiz də baş tutmuşdur. O, mənim problemlərim ilə yaxından maraqlanmış və nə çətinliyim olduğuna dair sual vermişdir. Məndə öz növbəmdə məni narahat edən sıxıntılar haqqında Mehriban xanıma danışdım. Ona söylədim ki, mənim 27 yaşım var. Anam gözdən əlildir. Atam da Qarabağ müharibəsi Veteranıdır. Mən hal-hazırda kirayədə yaşayıram. Buna görədə ailə qurmaqda çətinlik çəkirəm.

Məni dinləyən Mehriban xanım əlimdə olan, ona ünvanladığım yazılı müraciəti məndən qəbul edərək, yanındakı keçmiş köməkçisi hörmətli Anar Ələkbərov müəllimə verdi. Anar müəllimə tapşırıq verdi ki, məni dərhal mənzil ilə təmin etsinlər. Anar müəllim də sağ olsun dərhal məsələnin həll olunması üçün dsmf-yə tapşırıq verdi. Həmçinin də mənimlə dsmf-nin şöbə müdiri, Vüqar Behbudov ilə görüşümüzü də təşkil etdilər. Görüş dsmf-nin binasında V.Behbudovun iş otağında təşkil olunmuşdur. Hörmətli Mehriban xanım ilə görüş zamanı, xanımın verdiyi tapşırıqları V.Behbudovun diqqətinə çatdırdım. Söhbət zamanı firki məndən çox telefonunda olan V.Behbudovun bu işə məsuliyyətsizcəsinə yanaşacağına elə o zaman anlamışdım. Heç də yanılmadım. Artıq bir ildir ki, V.Behbudov Hörmətli Mehriban xanımın tapşırığını icra etmir. Siz təsəvvür edin ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti tapşırıq verir problem dərhal həll olunsun, gəlki dsmf-nin şöbə müdiri, Mehriban xanımın verdiyi bu tapşırığı ciddi qəbul etmir. Nəticədə Qarabağ əlili tərəfindən, ölkənin Ali Rəhbərliyinə qarşı bilərəkdən narazılıqlar yaradır. Bu həmçinin də Mehriban xanımın Qarabağ qazilərinə olan qayğısına kölgə salmaq məqsədi daşıyır.

Çox Hörmətli Cənab Əli Nağıyev !

Sizdən xahiş edirəm ki, V.Behbudovun, Ölkənin birinci vitse-prezidenti Xanım Mehriban Əliyevanın verdiyi tapşırığına biganə yanaşmasının səbəbinin araşdırılmasına və hörmətli Mehriban xanım Əliyevanın mənim mənzil məsələmin həlli istiqamətində verdiyi tapşırığın icra olunmasına köməklik göstərəsiniz.
Hörmətlə: Qarabağ əlili Rəhman Əzizzadə.


{sape_links}{sape_article}