Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
3-07-2020, 20:52

2-07-2020, 22:23

2-07-2020, 14:59

2-07-2020, 14:58

2-07-2020, 14:05

2-07-2020, 11:31

2-07-2020, 11:14

2-07-2020, 09:10

2-07-2020, 08:55

1-07-2020, 20:52

1-07-2020, 11:25

30-06-2020, 23:35

30-06-2020, 17:33

30-06-2020, 14:01

30-06-2020, 11:22

29-06-2020, 15:35

29-06-2020, 14:57

29-06-2020, 13:40

29-06-2020, 13:38

29-06-2020, 13:28

29-06-2020, 11:16

28-06-2020, 12:56

27-06-2020, 14:27

27-06-2020, 14:06

27-06-2020, 12:29

27-06-2020, 11:58

27-06-2020, 11:57

27-06-2020, 11:56

26-06-2020, 14:38

25-06-2020, 22:29

25-06-2020, 15:04

24-06-2020, 17:26

24-06-2020, 17:24

24-06-2020, 16:00

24-06-2020, 13:36

24-06-2020, 12:51

24-06-2020, 10:49

24-06-2020, 10:48

24-06-2020, 10:45

24-06-2020, 10:30

22-06-2020, 18:05

22-06-2020, 14:03

22-06-2020, 12:43

22-06-2020, 12:31

22-06-2020, 11:29

22-06-2020, 11:04

21-06-2020, 22:29

20-06-2020, 00:08

20-06-2020, 00:04

19-06-2020, 23:50

19-06-2020, 19:11

19-06-2020, 19:09

19-06-2020, 17:13

19-06-2020, 15:48

19-06-2020, 15:06

19-06-2020, 12:26

19-06-2020, 11:48

19-06-2020, 11:07

18-06-2020, 18:10

18-06-2020, 15:30

18-06-2020, 11:44

18-06-2020, 00:39

17-06-2020, 17:12

17-06-2020, 16:17

17-06-2020, 15:36

17-06-2020, 14:23

16-06-2020, 17:49

16-06-2020, 17:46

AVH hansı məqsədlə yaradılıb, niyə məhz Vətəndaş Hərəkatı adlandırılıb?

Tarix: 19-06-2020 19:09   
AVH hansı məqsədlə yaradılıb, niyə məhz Vətəndaş Hərəkatı adlandırılıb?
Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, icraçı direktoru Mübariz Göyüşlü bildirib ki, Azərbaycan Vətəndaş Hərəkatının yaradılması ilə bağlı ilk təşəbbüslər 2009 və 2010-cu il tarixlərində olub. “Qurumun fəaliyyəti 2017-ci ildən aktivləşib.
Təşkilatlanma prosesi isə 2019-cu ildən daha sistemli xarakter alıb və 14 aprel 2019-cu ildə Hərəkatın Təşəbbüs Qrupu yaradılıb. Təşəbbüs Qrupunun bir neçə aylıq çalışmalarından sonra 11 yanvar 2020-ci ildə Hərəkat iki qeyri-hökumət təşkilatı və bir nəfər alim tərəfindən təsis edilib. Təsisdən sonra Məclisinin ilk toplantısını keçirib, İdarə Heyəti üzvlərini (Hacı Həsənov, Azər Həsənsoy, Mübariz Göyüşlü, Anar Turan, Vüsal Hətəmov, Aydın Allahverdiyev, Anar Nəsibov) seçib. İdarə Heyətinin ilk iclasında icraçı direktor (Mübariz Göyüşlü) seçilib.
Vətənpərvər ziyalılar tərəfindən Hərəkatın yaradılmasında məqsəd Azərbaycan vətəndaşlarının ictimai tərəqqiyə, dövlətçiliyin möhkəmlənməsinə, qanunun aliliyinin təmin edilməsinə yönəlmiş fəallığını dəstəkləmək, onu daha da artırmaq, Azərbaycan dövlətinin siyasətini təbliğ etmək, milli-mənəvi və ümumbəşəri dəyərləri qorumaq, həmçinin, vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır. Məqsədə nail olmaq üçün Hərəkat ümummilli məsələlərlə bağlı müxtəlif sorğular, müşahidələr və təhlillər aparmağı, mütəxəssislərin rəy və təkliflərini toplamağı, müvafiq məlumat bazası yaratmağı, Hərəkatın məqsəd və prinsiplərini dəstəkləyən fərd, qrup və təşkilatlarla ortaq mövqedən çıxış edərək birgə layihələr həyata keçirməyi, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, “dəyirmi masa”lar təşkil etməyi, təkliflər hazırlayaraq aidiyyəti qurumlara təqdim etmək vəzifəsini öhdəsinə götürüb”.
M.Göyüşlü, həmçinin, vurğuladı ki, Təşəbbüs Qrupu formatında və təsisdən sonra Hərəkat üzvləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla, AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovla, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovla, Azərbaycan-Türkiyə İşadamları Birliyinin sədri Cemal Yanğınla, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşlər keçiriblər. “Hərəkat bir sıra tədbirlər, aksiyalar keçirmiş, Azərbaycan üçün əhəmiyyət daşıyan məsələlərdə bəyanatlar qəbul edib. Fəaliyyətlərdə öncəlik Dağlıq Qarabağ məsələsi, Azərbaycan dövləti və dövlətçiliyi ilə bağlı əhəmiyyət daşıyan məqamları, milli-mənəvi dəyərləri, Azərbaycan Prezidentinin siyasətini təbliğ etmək olub. Hərəkatın Dərbənd şəhərinə ötən il baş tutan səfəri, orada Azərbaycan-Dağıstan Dostluq Cəmiyyətinin üzvlərilə keçirdiyi görüşlər, Bakıda Dərbənd Cəmiyyəti ilə imzaladığı əməkdaşlıq müqaviləsi çox mühüm əhəmiyyətə malikdir. Bundan başqa, Keşikçidağ Dövlət Tarixi Memarlıq Qoruğuna edilən səfər də dövlətçilik məsələsi baxımından çox mühüm əhəmiyyətə malikdir. Hərəkatın 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə bağlı, 4 mart 2020-ci il tarixdə Suriyadakı son durum, Türkiyənin keçirdiyi "Bahar qalxanı" əməliyyatına dəstək olaraq, eyni zamanda, 18 iyun 2020-ci il tarixdə Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə sərhədində baş vermiş insidentlə əlaqədar verdiyi bəyanatlar, etdiyi müraciətlər yerli və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə qarşılanıb.
Hərəkatın sıraları ötən hər həftə, hər ay genişlənməkdədir. Bunu Hərəkatın Məclisinin 30 may 2020-ci il tarixdəki sonuncu toplantısından da görmək mümkündür. Əsasən ziyalıların maraq və diqqət göstərdiyi Azərbaycan Vətəndaş Hərəkatı təşkilatlanma işlərini davam etdirir. Təəssüf ki, növbədənkənar parlament seçkiləri və koronavirus infeksiyası ilə bağlı məsələlər daha həssaslıq tələb etdiyinə, ictimaiyyəti daha çox məşğul etdiyinə görə nəzərdə tutulan və planlaşdırılan bəzi işləri ertələməyə məcbur olduq. Amma artıq 2 aydır Hərəkat yenə də aktiv çalışmalarla fəaliyyətini sürdürməkdədir. Hazırda qarşıda 24 iyun tarixində "Ordumuz qürurumuzdur" adlı onlayn videokonfransa hazırlaşırıq. Bundan sonra da fəaliyyət və çalışmalarımızı genişləndirmək niyyətindəyik” - deyə M.Göyüşlü bildirdi.

{sape_links}{sape_article}