Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 20:52

2-07-2020, 22:23

2-07-2020, 14:59

2-07-2020, 14:58

2-07-2020, 14:05

2-07-2020, 11:31

2-07-2020, 11:14

2-07-2020, 09:10

2-07-2020, 08:55

1-07-2020, 20:52

1-07-2020, 11:25

30-06-2020, 23:35

30-06-2020, 17:33

30-06-2020, 14:01

30-06-2020, 11:22

29-06-2020, 15:35

29-06-2020, 14:57

29-06-2020, 13:40

29-06-2020, 13:38

29-06-2020, 13:28

29-06-2020, 11:16

28-06-2020, 12:56

27-06-2020, 14:27

27-06-2020, 14:06

27-06-2020, 12:29

27-06-2020, 11:58

27-06-2020, 11:57

27-06-2020, 11:56

26-06-2020, 14:38

25-06-2020, 22:29

25-06-2020, 15:04

24-06-2020, 17:26

24-06-2020, 17:24

24-06-2020, 16:00

24-06-2020, 13:36

24-06-2020, 12:51

24-06-2020, 10:49

24-06-2020, 10:48

24-06-2020, 10:45

24-06-2020, 10:30

22-06-2020, 18:05

22-06-2020, 14:03

22-06-2020, 12:43

22-06-2020, 12:31

22-06-2020, 11:29

22-06-2020, 11:04

21-06-2020, 22:29

20-06-2020, 00:08

20-06-2020, 00:04

19-06-2020, 23:50

19-06-2020, 19:11

19-06-2020, 19:09

19-06-2020, 17:13

19-06-2020, 15:48

19-06-2020, 15:06

19-06-2020, 12:26

19-06-2020, 11:48

19-06-2020, 11:07

18-06-2020, 18:10

18-06-2020, 15:30

18-06-2020, 11:44

18-06-2020, 00:39

17-06-2020, 17:12

17-06-2020, 16:17

17-06-2020, 15:36

17-06-2020, 14:23

16-06-2020, 17:49

16-06-2020, 17:46

Rəhman Orxan: Yubiley marafonu başladı! Təbrik edirik, Doktor Hümbət Quliyev!

Tarix: 18-06-2020 00:39   
Rəhman Orxan: Yubiley marafonu başladı! Təbrik edirik, Doktor Hümbət Quliyev!
Bir-neçə gün sonra - iyunun 21-i bütün sumqayıtlıların, dost-tanışların böyük hörmət və rəğbət bəslədiyi Hümbət həkim Quliyevin - "Statusman"ın 65 illik yubileyidir. Düzdür, "65" onun şəxsində o qədər də inandırıcı görünmür. Çünki bu gün də 40-45 yaşindakı kimi dinamik hərəkətli, temperamentli, qaynar həyat eşqlidir!

Və mən Hümbət həkimin şərəflə yaşanan ömrünün bu əlamətdar günü ərəfəsində onun müxtəlif saytlarda dərc edilmiş və mənim çox sevdiyim hekayələrindən bir-neçəsini (onların əksəriyyəti sənədli hekayədir) böyük məmnuniyyətlə FB dostlarımın diqqətinə çatdırmaq istəyirəm. Oxuyun, dostlar, hamısı ibrətamiz, düşündürücü hekayələrdir.

Krossvord

Türkiyəyə dincəlməyə gedənlər otellərin dəniz sahilində uzanmaq üçün düzülən çarpayılarını görüblər. Onlar əvvəldən düzülür və insanlar uzanıb dəniz havası və günəş şüalarını qəbul edirlər. Həyat yoldaşımla dəniz sahilinə düşəndə cəmi iki boş çarpayı qalmışdı. Yanımızdakı xanım və bəyi türkcə salamlayıb, mən kişinin yanında, həyat yoldaşım da sol tərəfimdə uzandıq. Bu, iki orta yaşlı, slavyan görünüşlü insanlar mənim türkcə salamımı elə aldılar ki, almasaydılar ondan yaxşı olardı.
Onların davranışına sakit baxdım, sonradan məlum oldu ki, ər və arvad Moskvadan gəliblər, ikisi də professordur. Moskvalıların digər yerlərdən olanlara yuxarıdan baxmaqlarını hamı yaxşı bilir.
Qayıdıram əvvələ, yəni onların kim olduğunu hələ bilmədiyim vaxta. Əslində onlar mənim üçün heç bir maraq kəsb etmirdilər. Arada bir türk animator mənə yaxınlaşdı və mən onunla türkcə danışdım. Qonşularımız tam əmin oldular ki, mən türkəm. Mən elə istəyirdim ki, onlar mənim türk olduğumu və bu cənnət yerlərin də türklərə məxsus olduğunu bir daha bilsinlər. Hə, bu iki professor rusca krossvord həll edirdilər. Həyat yoldaşım bunların krossvord həll etdiyini görüb öz şlyapasının altından xəfifcə mənə gülümsədi. O, qarşıda olacaq "tamaşa"nı görür və buna çox sevinirdi. O, belə "tamaşa"ların çox şahidi olsa da, hər dəfə bunu xüsusi maraqla gözləyirdi.
Günluk papağımı üzümə qoyub uzandım. Dəniz ləpələrinin sahilə çatdıqda əmələ gətirdiyi şırıltı səsi qəlbimə xüsusi rahatlıq gətirirdi.
Krossvord və qələm xanımın əlində idi. O sualı oxuyur və əri ilə birlikdə cavab axtarırdılar. Təbii ki, mən də sualları yaxşı eşidirdim. Bu professorların özlərini dartmaqları məndən çox deyəsən həyat yoldaşıma toxunmuşdu. O, öz kitabını oxusa da, fikrinin məndə olduğunu dəqiq bilirdim. Mən səsimi çıxartmırdım. Qonşularımız üç sualdan birini tapanda uşaq kimi sevinirdilər və düşünürdülər ki, heyf bu türk onların necə ağıllı olduğunu başa düşmür. Növbəti sual bunları çətin vəziyyətə saldı. Yoldaşım dözməyib kitabı ilə böyrümə yavaşca toxundu, o, "tamaşa" görməyi arzulayırdı. Papağımı bir az üzümdən aralayıb, bunların axtardığı sualın cavabını təmiz rus dilində səsləndirdim. Desəm ki, iki professor eyni zamanda intellektual şok keçirtdilər, hesab edin ki, heç nə demədim. Bunlar mənə elə baxdılar ki, altımdakı kuşetka dil açıb danışsaydı, daha az təəccüblənərdilər. Dalınca da sualın cavabını elmi cəhətdən xırdalayanda hər ikisinin alt çənəsi sinələrinə düşdü. Arxasınca bayaqdan tapa bilmədikləri bütün sualları cavablandırdım. Yoldaşımın çiçəyi çırtdamışdı, qürurla və qalibiyyətlə bu iki prifessorun təəccüb dolu sifətlərinə baxıb gülümsəyirdi.
Sirri açmalıyam - mən rus krossvordlarını çox yaxşı həll edirəm. İki ali təhsilim, 10 il Rusiyada yaşamağım, orada Universitet və Akademiya bitirməyim, dünyanın otuzdan çox ölkəsində olmağım və ensiklopedik bilklərim krossvord həll etməyə çox yarayır.
İndi mən bu iki professora tələbə kimi baxıb, durub çimməyə getdim.
Qayıdanda professor qonşularım məni ayaq üstə qarşıladılar və mənimlə tanış olduqlarından məmnunluqlarını bildirdilər, görünür yoldaşım mənim haqda onlara artıq məlumat vermişdi. Sonrakı günlər oteldə bizimlə qarşılaşanda professorlar bu türk oğlu ilə artıq böyük hörmət və ehtiramla salamlaşırdılar.

P.S. Doktor! Əla! Yaxşı "dərs" vermisiniz o rus "professor"lara. Fəxrimizsiniz! Sizin kimi 100 nəfərimiz olsaydı, bütün rus siyasətçiləri diz çökərdi Azərbaycanın qarşısında! Var olun, Doktor Humbat Quliyev! Hər yerdə, hər zaman qələbələr Sizinlə olsun! (Rəhman Orxan, əməkdar jurnalist )

{sape_links}{sape_article}