Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

14-11-2023, 15:56

14-11-2023, 15:55

13-11-2023, 12:00

Amallarını əməllərində gerçəkləşdirən alim : Sahib Fərzəliyev – 60

Tarix: 22-05-2020 16:43   
Amallarını əməllərində gerçəkləşdirən alim
Həyatda yüksək mənsəb sahibləri olan adamları həmişə çalışmışam ki, iki dəfə tanıya biləm. Çünki birtərəfli tanışlıq məndə həmin adam haqqında bitkin təəssürat yaratmır. Belə yüksək mərtəbə sahiblərindən biri olan görkəmli alim Sahib Abduləli oğlu Fərzəliyevi yaxşı tanımaları üçün oxucularımıza iki dəfə təqdim etmək istəyirəm.

Birinci təqdimat hər kəs üçün ilkin tanışlıq kimi xarakterizə olunan rəsmi tərcümeyi-haldan başlanır: Sahib Abduləli oğlu Fərzəliyev 1960-ci il may ayının 23-də Cəbrayıl rayonun Minbaşılı kəndində anadan olub. 1977-ci ildə Minbaşılı kənd orta məktəbini əla qiymətlərlə bitirib. Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub və “sənaye və mülki tikinti” ixtisası üzrə tam kursu bitirib.
Amallarını əməllərində gerçəkləşdirən alim
Əmək fəaliyyətinə Sumqayıtdakı 3 saylı Evtikmə Kombinatında başlayıb. 1983-1987-ci illərdə, evtikmə kombinatının 103 saylı tikinti idarəsində mühəndis, böyük mühəndis və şöbə müdiri vəzifələrində çalışıb. 1987-ci ildə İnşaat Mühəndisləri İnstitutunun Elmi-Tədqiqat sektoruna Baş elmi işçi-bölmə rəhbəri vəzifəsinə keçib. 1988-1992-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda dissertant olub, namizədlik dissertasiyasını tamamlayıb və müdafiə edərək, alimlik dərəcəsi alıb. 1987-1990-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Dəmir beton konstruksiyaları” kafedrasında saat hesabı, 1990-2011-cı illərdə “Tikintinin təşkili və idarə olunması” kafedrasında assistent, baş müəllim, dosent vəzifəsində işləyib. 2011-ci ildən “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının müdiri vəzifəsində işləyir. “İnşaat” fakültəsinin və Universitetin Elmi Şuralarının üzvü, Universitetin Elmi Şurası yanında “Elm və Təhsil üzrə Komissiyasının” sədridir. O, həmçinin “İnşaat mühəndisliyi” üzrə magistr elmi dərəcəsi almaq üçün İxtisaslaşmış Şuranın sədridir. Sahib müəllim elmi-pedaqoji fəaliyyəti dövründə 150-ə yaxın elmi məqalənin, 17 tədris proqramın, 5 metodiki və 7 dərslik və dərs vəsaitinin müəllifidir. Həmçinin respublikamızın bir sıra aparıcı layihə İnstitutları ilə əməkdaşlıq edir. Respublikamızda aparılan iri miqyaslı tikinti işlərinin layihələndirilməsində yaxından iştirak edir. Sahib Fərzəliyev respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir. O, 1990-cı ildə Bakı şəhər sovetinin deputatı olub. 1998-ci ildə “Potensial” Sumqayıt Mütəxəssislər” Birliyini təsis edib və hal-hazırda həmin Birliyin sədridir. Birlik 21 ildir xeyirxah, humanist bir fəaliyyətlə məşğul olur. Bu dövrdə yerli və beynəlxalq təşkilatların- Böyük Britaniyanın OXFAM, ABŞ səfirliyinin Demokratiya Komissiyası, Avrasiya Fondu, Norveç Qaçqınlar Şurası, BMT QAK, Norveç səfirliyi, ABŞ-ın World Vision, Conterpart, USAİD, ACİ Budapest, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və sairələrin dəstəyi ilə həyata keçirilən 35-dən çox layihənin rəhbəri olub. Sahib müəllim pedaqoji sahədə uzun illər əmək sərf etdiyinə görə 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. O, müharibə veteranıdır. Bu xidmətlərinə görə də bir sıra orden, medal və dövlət təltifləri var. “Avrasiya” Memarlar Evinin qızıl medal mükafatçısıdır. Sahib Fərzəliyev Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlilidir. 2 oğlu, 4 nəvəsi var.
Amallarını əməllərində gerçəkləşdirən alim
Bəli, bu, hamı üçün qaneedici olan rəsmi tanıtım üsuludur. Amma mən istərdim ki, Sahib müəllimi ikinci dəfə də tanıyam. Daha doğrusu, ikinci dəfə tanımış olduğum Sahib müəllimi də oxuculara təqdim edəm. Bu ikinci dəfə tanımağın adına el arasında yaxından tanımaq, yaxşı tanımaq deyirlər. Adamı yaxından tanıya bilməyin mahiyyətində həmin şəxsin bir insan kimi nəyə qabil olduğunu, hansı düşüncə və əməllərin sahibi olduğunu tanıyıb-bilmək şərtləri dayanır. Bunun üçün gərəkdir ki, ünsiyyət tapmaq, müsahib olmaq və bu əsnada onun hansı mənəvi – iradi keyfiyyətlərin daşıyıcısı olduğunu üzə çıxarmaq. Bu zaman səmimi ünsiyyət qurub söhbətin təbii şəkildə öz axarı ilə getməsinə əməl etmək çox vacib amildir. Əks-təqdirdə, hər iki tərəf (yəni danışan tərəflər) sıxıntıya məruz qalar, insan özünü ifadə etməkdə çətinlik çəkər və nəticədə danışan kəsin daxili dünyasına açılan qapıdan içəri daxil ola bilməzsən.

Bu məqsədlə də yaddançıxmaz uşaqlıq illərindən söz saldım. Rasim və Arif adlı əmisiuşaqları ilə uşaqlıqlarının bir yerdə keçdiyini xatırlatdı. Ancaq Rasimin bir il ondan tez, Arifin isə ondan bir il sonra 1-ci sinifə getdiyini yada salıb, sanki uşaq vaxtı təklənmiş olduğunu kövrək anlar kimi dilə gətirdi. Daş Veysəlli, Sədi və Minbaşılı kəndinin uşaqlarının yığışıb eyni məktəbə gəldiklərini bildirdi. Sinif müəllimi kimi Məhəmməd müəllimin adını xüsusi ehtiramla çəkdi, əlaçı şagird kimi olimpiadalarda iştirak etdiyini, siniflərindəki divar qəzetinin redaktoru olduğunu da dedi. Atam həmişə kiçik qardaşım Əlyarı danlayanda deyirdi ki, sən yaxşı oxu Sahib oxumasa belə, rəssam olacaq. Mənim gözəl rəsm duyumum vardı. O vaxtdan cəmi bir rəsm albomum xatirə qalıb.

Mənim 3 dayım ali təhsilli mühəndis olub. Mən də onlara baxıb fərəhlənirdim və mühəndis olmaq isdəyirdim. Rəsul və Sirac dayım inşaat mühəndisləri idilər. Onlar mənim riyaziyyat və fizika biliklərimə yaxından bələd idilər. Yayda məzuniyyətə gələndə onların sorğu sualları qurtarmırdı. Çox çalışılırdılar məni dolaşdırsınlar ancaq bacarmırdılar. Ona görə də mənim də arzumu bilib məni İnşaat Mühəndisləri İnstitutuna gətirdilər. Ali məktəbə qəbul oldum, lakin tələbəlik sevincini də əməlli-başlı yaşamağa qoymadıqlarını qeyd etdi. O vaxtlar tələbələri də əsgərliyə aparırdılar– dedi. Bundan başqa, ali təhsili bitirdikdən sonra ali məktəbdə saxlanılıb Moskva şəhərində elmi tədqiqat işlərini bitirsədə Qarabağlı kimi ordada da ermənilərin ona elmi işini müdafiə etməyə imkan vermədiklərini də həyatının acılı anları kimi yada saldı. Bütün bunlarla demək istəyirdi ki, min bir əzab-əziyyətlər hesabına qazandığı uğurların sevincini – yəni sevincin dadını-duzunu çıxarmağa, sevinci sanki axıracan dadmağa macal vermirdilər. Eləcə də institutu bitirəndən, alim adını alandan sonra da doğma kəndində, elində-obasında bu şərəfli adların sevincini doyunca yaşamaq ona nəsib olmayıb. Belə ki, söhbət əsnasında: Məhəmməd əmim mənə “Sahib müəllim” deyəndə elə bilərdim ki, mənə ən yüksək rütbə ilə – “general” deyə müraciət edirlər. Bundan çox qürurlanardım. Təəssüf ki, mən böyüdüm, yəni elmi rütbə ad aldım, amma bunun müqabilində doğma kəndimə, elimə, obama heç nə eləyə bilmədim, kəndim, rayonum işğal olundu”,– deyə təəssüfləndiyini bildirdi.

Qeyd edim ki, Sahib müəllim təvazökarlıqla belə desə də, əslində, məcburi köçkünlükdə kəndinin camaatının çoxu onun üstünə gəlib, ümid yeri bilib ona pənah gətirib. O da əlindən gələn lazımi köməkliklərini öz həmellilərindən əsirgəməyib.
Amallarını əməllərində gerçəkləşdirən alim
Bəli, onunla söhbət edə-edə onu ikinci dəfə bu cür tanımağa başlayıram. Adamı iki(nci) dəfə tanımaq bax belə məqamlarda mümkün olur.

-60 illik həyatımda yaxşı-pis nə varsa, hamısı mənə məxsusdur. Çünki acılı-şirinli nə olubsa, hamısı özümün halallıqla qazandıqlarımdır və buna görə də mənə şirindi, doğmadı yaşadıqlarım. Xoşbəxtəm ki, belə həyat yaşamışam. Həyatımda heç nəyi korrektə etməzdim. Bircə təəssüflənməli şey var ki, elimi-obamı itirmişəm. Mənim ayaq izlərim var o kənddə, o yurdda. Uşaqlığım, gəncliyim orda qalıb, ulularımız orada uyuyurlar...

Bu fikirlərin arasından Sahib Abduləli oğlu Fərzəliyevin bir insan kimi mənəvi dünyasının qapıları açılır üzümüzə: heç nəyə təəssüflənməyən insanın bircə şeyə-yurd itkisinə təəssüflənmək yanğısı...

Bu cür istiqanlı danışığı ilə elinin-obasının təəssübkeş ziyalısı kimi gözümdə böyüyən Sahib müəllimdən bu məqamda nə vaxt ailə həyatı qurmasına dair sorğuma cavabı da belə oldu ki, 1986-cı ildə Tağıyeva Tamella Vəli qızı ilə ailə həyatı qurub: “Murad və Fuad adlı iki oğlu var. Sumqayıtda orta məktəbi bitiriblər. Murad 600-dən çox balla İqtisad Universitetinin maliyyə-kredit fakültəsinə qəbul olub, sonra magistratura pilləsini qırmızı diplomla bitirib, maliyyə işləri üzrə aparıcı mütəxəssisdir. Fuad da ali təhsillidir və təhsilinin bir hissəsini Amerikada davam etdirib. Hər oğlumun bir qızı və bir oğlu var. Muradın balaca vaxtı kəndimizdə çəkdirdiyi şəkli əziz bir nişanə kimi saxlayıram. İkinci oğlum Fuad isə kəndimizi görməyib. Ən böyük arzum ailəmlə, nəvələrimlə kəndimizə getməyim, övladlarımla, nəvələrimlə hər il yay tətilini kəndimizdə keçirməyimdir ki, Allah bunu bizə tezliklə qismət eləsin.”

Söhbətdən də bir daha görürük ki, Sahib müəllimdə el-oba, yurd təəssübkeşliyi ruhundan gəlir. O, vətəninə, torpağına bağlılığını təkcə özünün simasında yox, bütöv ailəsinin timsalında görüb – dəyərləndirir. Vətəni bir fərd olaraq təkcə özünün sevməsi ilə kifayətlənmir, yurd sevgisinin qanını daşıdığı varislərinin də ruhunda – canında daşınmasını arzulayır.

Əlbəttə, məhz bu kimi incə detalları onun söhbətindən sezməyim və müşahidə aparmağım mənim nəzərimdə Sahib Fərzəliyevin təəssübkeş ziyalı obrazını dolğunluğu ilə formalaşdırır. İkinci dəfə tanıdığım Sahib müəllimin ziyalı – alim obrazı ilə vətənpərvər insan obrazını bir-birilə sıx şəkildə qovuşdurur. Vətən sevgisi ilk növbədə insanın ruhundan, ailəcanlılığından başlamalıdır. Öz doğmalarına qayğıkeşliyindən, həmçinin qədirbilənliyindən başlamalıdır. Yurd sevgisi üçün təməl olaraq ilk sırada bu kimi amillər dayanmalıdır. Öncə özünün qədrini bilmirsənsə, öncə özününkülərə, doğmalarına dəyər verə bilmirsənsə, ətraf aləmə qarşı hansı sevgi və qədirbilənlik hisslərindən söhbət gedə bilər ki?.. Məhz bu prinsipdən düşündükdə, Sahib müəllimin söhbətindən tutduğum bir incə nüansı diqqətə çəkmək istərdim. Bu, onun tələbəlik illərini xatırlaması ilə bağlıdır: “Mən on iləcən Eldar əmimgildə qalmışam. 1977-ci ildən 1985-ci iləcən – mən şəhərdə ev alana kimi ata əvəzi olub mənə. İnstitutda dərslərim gec qurtaranda, evə gec gəlirdim. Əmim yatmayıb nigarançılıqla məni gözləyirdi. Eyni zamanda atam orta məktəbdə oxuduğum illərdə mənim təhsilimlə-oxumağımla necə maraqlanıb, mənə nəzarət edirdisə, Eldar əmim də o qaydada institutda oxumağımı ciddi nəzarətdə saxlayır və tez-tez təhsilimlə maraqlanırdı.”

Fikir verirsinizmi söhbətin məzmununa. Orta məktəb illərində uşaq kimi atasının nəzarətində olan Sahib müəllimin tələbəlik dövründə də ata kimi nəzarətçisi əmisi olub. Halbuki indiki dövrdə təəssüf ki, bu cür klassik, yəni dədə-babalardan gəlmə nəzarət üsulu demək olar ki, arxa plana keçib. Elə bu kimi hallardandır ki, dədə-babaların təbiri ilə desək, “qaşıq çömçədən yekə olur”. Mən belə düşünürəm ki, insanın bütöv şəxsiyyət olaraq formalaşmasında məhz onun klassik tərbiyə məktəbindən keçməsi mühüm rol oynayır. Bəli, Sahib Abduləli oğlu Fərzəliyevin istər bir alim kimi, istər də bir əsl vətəndaş kimi bu günkü səviyyəyə gəlib çıxmasının əsasında onun ailə tərbiyəsinin, genindən-qanından gələn ruhun inkarolunmaz rolu vardır. Ailəcanlılıq, el-oba təəssübkeşi, yurd sevgisi- bütün bunlar onun alim şəxsiyyətini təyin edən amillərdir.

Sahib Fərzəliyev Baş Elmi Bərpa Layihə İnstitutunda məsləhətçi olan vaxtlarda “Hacı Qaraman” ziyarətgahının yenidən bərpa olunması layihəsinin də müəllifi olub. “Ziyarətgahın bərpa layihəsini versəm də, gedib oranı o vaxt ziyarət edə bilmədim. Qismət olsun, tezliklə gedək bütün Cəbrayıllıların müqəddəs ocağı olan Hacı Qaramanımızı ziyarət edək”, - deyən alimin hər sözündə-söhbətində yurd nisgili, vətən həsrəti boy göstərir. Amma onu da qeyd edək ki, Sahib müəllimin vətən sevgisi yalnız doğulub boya-başa çatdığı kəndi, rayonu ilə qapanıb qalmır, bir azərbaycanlı övladı kimi onun yurd sevgisi bütöv Azərbaycan boydadır. Onun doğma ailəsindən, doğulduğu yurddan başlanan sevgisi öz şaxələrini Azərbaycanımızın bütün əraziləri boyunca uzadıb – genişləndirib. Belə ki, o, yaşadığı Sumqayıt şəhərinə də eyni dərəcədə sədaqətlə bağlıdır. Onun 1998-ci ildə yaratdığı “Potensial” Sumqayıt Mütəxəssislər Birliyi 18 mindən çox vətəndaşa pulsuz hüquqiyardım xidməti göstərib. Həmçinin respublikamızın 25 rayonunda da bu cür fəaliyyət göstərilib ki, bu da mahiyyətcə “vətənin (elin) o baş-bu başı olmaz” deyimimizin Sahib Fərzəliyevin qənaətində də beləcə gerçəkləşdiyini aydın göstərir. Ulu Öndər Heydər Əliyevin o vaxt xaricdə təhsil alan gənclərimizin təcrübəsindən yararlanmaqla bağlı verdiyi tövsiyəyə əsasən xaricdə təhsil almış bir qrup ziyalını öz ətrafında birləşdirən bu Birlikdə həmyerlimiz, tanınmış həkim – ziyalı Hümbət Quliyev də təşkilatın idarə heyətinin üzvü idi.
Amallarını əməllərində gerçəkləşdirən alim
Bəli, bu gün Sumqayıt əhalisinin mənəvi sığınacaq mərkəzi kimi tanıdıqları “Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin yaradıcısı məhz Sahib Fərzəliyevdir. Onun yurduna, vətəninə və ölkəsinin vətəndaşlarına olan tükənməz sevgisi bu gün həm də bu yurdun, diyarın sakinləri tərəfindən onun özünə doğru yönəlibdi. Çünki belə olmasaydı, onun təsisçisi olduğu Birliyə insanlar mənəvi sığınacaq mərkəzi kimi baxmazdı. İnsan o yerə, o ünvana sığına bilir ki, ora inanır, ora etimad bəsləyir, ora etibar edir.

Sahib müəllimin ümumazərbaycan yanğısını nümayiş etdirən anlardan birinə də toxunmaq istərdim. Sovet ordusundakı xidmətini qanlı-qadalı Əfqanıstan torpağında keçirən Sahib Fərzəliyev iki ildən sonra doğma Azərbaycanına dönüş etdikdə əvvəl Tacikistan, oradan isə Yerevana uçuş edir. Yerevandan Bakı aeroportuna endikdə isə o, tramplini gözləmək istəməyib, o qədər vətən həsrəti ilə yaşayırmış ki, təyyarənin tramplini (eniş pilləkənini) gözləmədən özünü yerə - Bakı, Azərbaycan torpağının üstünə, başqa sözlə, vətəninin qoynuna atmaq istəyib. Təbii ki, ona özünü yerə atmağa imkan verməyiblər. Məhz bu məqam da ondakı torpaq həsrətinin, vətən sevgisinin nə qədər güclü olduğuna dəlalət edən faktlardan biridir. Uşaqlıq illərindən canına-ruhuna hopdurulan vətənpərvərlik duyğusu 20 yaşlı bir gəncdə bax bu səpkidə tüğyan etmiş, ikiilik vətən ayrılığının son məqamında təyyarənin tramplinini gözləməyə səbri çatmadığından, özünü birbaşa vətən torpağının ağuşuna atmaq istəyində olmuşdur. Bu duyğunu canında – ruhunda inkişaf etdirən Sahib Fərzəliyev gördüyümüz kimi, artıq bu gün vətənpərvərliyi sadəcə bir duyğu, istək kimi yaşatmaqla kifayətlənməmiş, vətənpərvərlik amalını əmələ çevirmişdir. “Çalış öz xalqının işinə yara, geysin əməlinlə dünya zərxara” deyən Nizami babamızın vəsiyyəti Sahib Fərzəliyevin həyatında real ifadəsini tapmışdır.

Sahib müəllim onu da danışdı ki, aeroportdan Bakı avtovağzalına gələndə Mürsəl əmisini görüb: “Baxdım ki, əmim mənə baxsa da, məni tanımadı. Əfqanıstanda hərbi xidmətim çox ağır və dəhşətli keçməsi məndə tanınmağa hal qoymamışdı, tanınası sifətim qalmamışdı, hədsiz arıqlamışdım. Buna görə də əmim məni tanımamışdı. Mən ona yaxınlaşdım, boynuma sarıldı, üzümdən-gözümdən öpüb tez taksi tutdu. Taksiyə oturub Sumqayıta getdik. Evə çatandan sonra yadına düşdü ki, evlərinə aldığı paltaryuyan maşını məni görəndə sevindiyindən unudub, elə Bakıda qoyub gedib. “Hamısı Sahibə qurban olsun. Qanın-qadanın içindən ki, salamat qurtarıb gəlib, bu, mənim üçün hər şeydir”, - dedi. “
Amallarını əməllərində gerçəkləşdirən alim
Həyatındakı bu cür epizodları əbəs yerə xatırlamırdı müsahibim. Əmisi Mürsəl kişinin onun yolunda çəkdiyi əziyyəti yada salmaqla əslində Sahib müəllim boynunda haqqı olan əzizlərinin, doğmalarının əməyinə qiymət verirdi. Bu söz-söhbətin məğzində həm də 60 yaşlı bir müdrikin dönüb özünün şirinli-acılı keçmişinə baxması- keçmişini yaddan çıxarmaması düşüncəsi vardı. Ömrün hər pilləsinin özünəməxsus bənzərsizlikləri olur. Bu pillələr insanı təkamülə çatdıran həyat nərdivanıdır.

Bu xatırlatma ilə Sahib müəllim sanki həm də hər kəsə qədirbilənlik nümunəsi göstərirdi. Çünki unutqanlıq etmək nə vaxtsa insana edilmiş xeyirxahlığı yaddan çıxarmağa səbəb olur və nəticədə bu yaxşılığı qiymətləndirə bilmirsən...

Alim əməyi ümumiyyətlə xalqa, vətənə, bir sözlə, bəşəriyyətə xidmətlə ölçülür. Mən bu yazımda bir az da olsa, S. Fərzəliyevin alim əməyindən də danışmaq istərdim. Universitetin İxtisaslaşdırılmış Şurasının sədri olan Sahib müəllim deyir ki, mən ilklərə imza atmağı sevirəm: “Kafedra tarixində ilk dəfə, üç il dalbadal konfranslar keçirmişəm. Bundan başqa, elmi tədqiqat işləri ilə bağlı ilk dəfə konfrans keçirmişəm. İlk dəfə inşaatçı magistr və diplomçuların işlərini beynəlxalq müsabiqəyə təqdim etmişəm və diplom almışıq. Eyni zamanda kafedra müdiri olduğum dövrdən başlayaraq hər ilə bir kitabım çıxır. Həmçinin ilk dəfə öz vəsaitimlə kafedramda laboratoriya (“Tikinti istehsalatının kompüter modelləşdirilməsi” laboratoriyası) açmışam...”
Amallarını əməllərində gerçəkləşdirən alim
Sonda onu da qeyd edim ki, bir sıra layihələrin müəllifi olan Sahib müəllimin layihəsi əsasında tikilib istifadəyə verilən Bakı Beynəlxalq Avtovağzalından təkcə ölkəmizin müxtəlif ərazilərinə yox, həm də dünyanın müxtəlif guşələrinə avtobuslarla sərnişinlərin daşınması amili alim əməyinin insanlara xidmət etməsinə əməli bir nümunədir. Elə bu bir nümunənin timsalında Sahib Fərzəliyev yaradıcı alim zəkası ilə doğma Bakımıza – Azərbaycanımıza və Azərbaycandan uzaqlara daşınan insan selinin ürəyində vətənimizin ünvanına möhtəşəm memarlıq abidəsi ucaldıb.

Bax vətən eşqini, vətənpərvərlik amalını öz əməllərində bu cür bariz şəkildə təcəssüm etdirən bir alim-vətəndaşın kimliyini ikinci dəfə mən belə tanı(t)dım...

Şakir Albalıyev
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
“Xudafərin” qəzetinin baş redaktoru


{sape_links}{sape_article}