Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

ŞƏRƏFLİ İNSANIN ŞƏRƏFLİ ÖMÜR SƏHİFƏSİ - Nərmin Eyruzqızı

Tarix: 09-05-2020 10:34   
ŞƏRƏFLİ İNSANIN ŞƏRƏFLİ ÖMÜR SƏHİFƏSİ
Əziz və istəkli babam Surxay Məmmədov!

13 ildir ki, səni itirmişəm. Bu illər ərzində səninlə bağlı xatirələrim o qədər zəngin olub ki, bir babam kimi, həmişə qürur hissi keçirmişəm. Nə yaxşı ki, sənin kimi mənim qayğıkeş, istiqanlı, mehriban babam olub. Uşaqlıq xatirələrimi çözələyəndə mənə qarşı olan diqqət və qayğını heç bir vaxt unuda bilmirəm. Sənin nəvazişin mənim üçün çox əziz olub. Sənin isti nəfəsin həmişə ürəyimi isidib. Məni dizinin üstündə otuzdurub, saçlarımı tumarlayardın, asta-asta nağıl danışardın. Məni nağılların əfsanəvi qəhrəmanı hesab edərdin.

İndi düşünürəm ki, əsl qəhrəman sən olmusan. II Cahan müharibəsində alman faşistlərinə qarşı, mərdliklə, igidliklə vuruşmusan. Moskva ətrafında, Novqorodda, Smolenskdə, İjevskdə cəsarətlə döyüşmüsən. Bir dəfə yaralanmısan, lakin geri cəbhəyə qayıtmamısan. Komandanlıqdan təkidlə xahiş etmisən ki, səni yenidən ön cəbhəyə yollasınlar. Razılıq alandan sonra İjevsk ətrafında almanlara qarşı amansız vuruşmusan. Həmin illərdə çap olunmuş qəzetlərin saralmış səhifələrindən sənin necə məğrur bir döyüşçü olduğunu oxumuş və səninlə qürur hissi ilə keçirmişəm. Mən səninlə həmişə fəxr etmişəm və edirəm. Aramızda yoxsan, ancaq ürəyimdə yaşayırsan.

Valideynlərimdən, ayrı-ayrı yaşlı nəslin nümayəndələrindən eşitmişəm ki, sən şan-şöhrət dalınca qaçmamısan. Səmimi, təmkinli, istiqanlı olmusan. İnsanlara əl tutmusan, köməklik etmisən. Bu, sənin böyüklüyünü, müdrikliyini sübut edir.

Bununla belə, müharibə illərində göstərdiyin şücaətə görə, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr”, “Şərəf nişanı”, “1941-1945 – ci illərdə Böyük Vətən müharibəsində qələbənin 30 illiyi”, “1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 50 illiyi” adına ordenlərinə və bir neçə medallara layiq görülmüsən. Bu, sənin şərəfli həyatının parlaq səhifələridir, desəm, yanılmaram.



Bu gün sürətlə inkişaf edən Sumqayıtın tarixində sənin böyük əməyin olub. Şəhərdə poliqrafiya müəssisəsinin bünövrəsini qoymuş və 30 il ona rəhbərlik etmisən. SSRİ-nin “Əməkdar poliqrafiya işçisi” adına layiq görülmüsən. Şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmisən, 25 il şəhər xalq deputatları sovetinin deputatı olmusan.
Təqaüddə olanda şəhərin ictimai işlərində də fəal iştirak etmisən. Müharibə veteranları cəmiyyətinin sədri olmusan. Onların qayğı və problemləri ilə maraqlanmısan, problemlərin həlli yollarını axtarıb tapmısan, onlara köməklik etmisən. Sumqayıtlılar bunu indi də unutmurlar.

Sənin bu fəallığına, yorulmaz əməyinə, Vətənə layiqincə xidmətinə görə, Respublikanın Prezidenti cənab İlham Əliyev səni “Prezidentin fərdi təaqüdçüsü” adına layiq görmüşdür. Bu, yüksək mükafat sənin Vətənə, millətə olan sonsuz əməyinin, xidmətinin bəhrəsidir. Sağ ol, istəkli babam, sən buna layiq idin.

SSRİ-nin alman faşijzmi üzərində qələbənin 60 illik yubileyində Moskvada iştirak etdin, Kremlin qarşısından, Qırmızı meydandan şəstlə, başıuca keçdin. Sənin kimi baba ilə fəxr etmək insana ancaq başucalığı gətirir. Bizi ucalığa çatdıran sən olmusan. Buna görə sənə minnətdaram.

Həyat davam edir. Əziz babam. Sənin öyüd-nəsihətlərini unutmuram. Ailəyə məhəbbət, böyüyə hörmət, elmə yiyələnmək, vicdanlı olub, Vətənə ləyaqətlə xidmət etmək: Bu, sənin sözlərindir, əziz babam. Mən də çalışıram ki, sənin tövsiyələrinə uyğun öz həyatımı qurmağa çalışam.

Övladlarından, nəvələrindən arxayın ol, əziz babam! Biz sənin adını həmişə əziz tutmuş, tutacaq, xatirələrini həmişə yaşadacağıq.
ŞƏRƏFLİ İNSANIN ŞƏRƏFLİ ÖMÜR SƏHİFƏSİ
ŞƏRƏFLİ İNSANIN ŞƏRƏFLİ ÖMÜR SƏHİFƏSİ
ŞƏRƏFLİ İNSANIN ŞƏRƏFLİ ÖMÜR SƏHİFƏSİ


{sape_links}{sape_article}