Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Dünən, 15:57

Dünən, 15:26

Dünən, 12:48

Dünən, 11:34

Dünən, 11:11

17-11-2019, 09:17

16-11-2019, 22:49

16-11-2019, 17:13

16-11-2019, 17:12

16-11-2019, 16:59

15-11-2019, 20:28

15-11-2019, 15:19

15-11-2019, 08:07

14-11-2019, 14:57

14-11-2019, 14:40

14-11-2019, 14:39

14-11-2019, 12:00

14-11-2019, 11:31

14-11-2019, 08:18

13-11-2019, 23:39

13-11-2019, 20:19

13-11-2019, 16:46

13-11-2019, 16:42

13-11-2019, 16:31

13-11-2019, 15:22

13-11-2019, 14:05

13-11-2019, 12:24

13-11-2019, 11:24

13-11-2019, 10:52

12-11-2019, 17:03

12-11-2019, 16:47

12-11-2019, 16:39

12-11-2019, 16:34

12-11-2019, 14:49

12-11-2019, 14:47

12-11-2019, 13:03

12-11-2019, 12:40

12-11-2019, 12:18

12-11-2019, 10:32

12-11-2019, 09:03

11-11-2019, 16:24

11-11-2019, 14:39

11-11-2019, 14:36

11-11-2019, 10:24

10-11-2019, 14:13

9-11-2019, 18:56

9-11-2019, 18:48

9-11-2019, 18:45

9-11-2019, 18:44

9-11-2019, 18:41

9-11-2019, 18:39

9-11-2019, 16:35

9-11-2019, 10:46

8-11-2019, 23:29

8-11-2019, 12:59

8-11-2019, 10:46

7-11-2019, 14:09

7-11-2019, 11:33

6-11-2019, 16:51

6-11-2019, 16:37

6-11-2019, 14:55

6-11-2019, 14:46

6-11-2019, 12:57

6-11-2019, 11:20

6-11-2019, 10:48

6-11-2019, 10:43

5-11-2019, 16:32

5-11-2019, 16:28

BSU-da 20 Yanvar təşkilatçılarından birinin şərəfinə müsabiqə keçirildi

Tarix: 31-10-2019 11:00   
BSU-da 20 Yanvar təşkilatçılarından birinin şərəfinə müsabiqə keçirildi
Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbəsi vaxtilə Azərbaycanda 20 yanvar qırığınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsində iştirak edib.

BSU rəhbərliyinin xeyir-duası ilə atılan bu addım Azərbaycan cəmiyyətində hiddət doğurub.

Qeyd edək ki, BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbələri Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilimiş esse müsabiqəsində qalib gələrək diplomla təltif ediliblər.

BSU-da bu hadisəni "XOŞ XƏBƏR" kimi qələmə veriblər:

Bu münasibətlə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov oktyabrın 15-də esse müsabiqəsinin qalibi olmuş tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib. Görüşdə BSU-nun Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər.

Qeyd edək ki, Aygül Mirzoyeva esse müsabiqəsində birinci yerə layiq görülüb.

Görüşdə səfir Mixail Boçarnikov tələbə-gənclərə diplomları təqdim edib, onlara həyatda, təhsildə və sosial fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Bakı Fövlət Universitetinin professoru Nəsir Əhmədli baş verən bu iki hadisəni biabırçılıq adlandırıb. "20 Yanvar faciəsinin 30 illiyi ərəfəsində bu faciənin birbaşa təşkilatçısı, əsas cəlladı Yevgeni Primakovun şərəfinə Bakıda sərginin açılması Şəhidlərin ruhunun təhqir edilməsidir. Sərgi dərhal dayandırılmalıdır!!!", - Nəsir Əhmədli deyib.

Bu azmış kimi, Azərbaycan Təhsil Nazirliyinin nəzdində fəaliyət göstərən "Azərbaycan Müəllimi" qəzetində də "Tələbələr Yevgeni Primakovdan esse yazıblar" başlığı ilə məqalə dərc edilib.

Xatırladaq ki, Y.Primakov 1990-cı ilin 19 yanvar gecəsində Bakıya sovet qoşunlarının yeridilməsində SSRİ müdafiə naziri Yazovla birgə iştirak edib. Faciə nəticəsində 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub.

Yevgeni Primakov 1991-1996-cı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, daha sonra xarici işlər naziri və Baş naziri işləyib. O, Sənaye Ticarət Palatasının prezidenti postunda 2001-ci ilin dekabr ayından 2011-ci ilin fevral ayına kimi çalışıb.

Y.Primakov 2015-ci ildə vəfat edib.