Sabirabadda iki nəfər qarayaraya yoluxdu - Nazirlik hərəkətə keçdi
Tarix: 09-09-2019 15:41
Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib.
Səhiyyə Nazirliyindən GÜNpress.az-a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar.
Qeyd olunub ki, hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.
Seçilmişlər
Ən çox oxunanlar