Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 23:26

Bu gün, 23:19

Bu gün, 22:13

Bu gün, 22:08

Bu gün, 22:01

Dünən, 11:46

Dünən, 10:41

Dünən, 10:34

Dünən, 10:28

23-05-2020, 20:18

23-05-2020, 20:15

23-05-2020, 16:20

23-05-2020, 15:31

23-05-2020, 15:26

23-05-2020, 15:18

23-05-2020, 15:16

23-05-2020, 15:14

22-05-2020, 16:43

22-05-2020, 16:16

22-05-2020, 16:01

22-05-2020, 12:31

22-05-2020, 11:08

22-05-2020, 11:07

21-05-2020, 16:48

21-05-2020, 16:32

21-05-2020, 15:58

21-05-2020, 14:35

21-05-2020, 13:41

21-05-2020, 11:21

20-05-2020, 21:55

20-05-2020, 21:52

20-05-2020, 21:24

20-05-2020, 19:35

20-05-2020, 17:26

20-05-2020, 17:19

20-05-2020, 17:15

20-05-2020, 15:33

20-05-2020, 15:29

20-05-2020, 15:02

20-05-2020, 13:50

20-05-2020, 12:23

20-05-2020, 12:21

20-05-2020, 12:19

20-05-2020, 00:08

19-05-2020, 23:28

19-05-2020, 17:01

19-05-2020, 16:46

19-05-2020, 16:17

19-05-2020, 15:59

19-05-2020, 15:16

19-05-2020, 15:03

19-05-2020, 13:05

19-05-2020, 12:49

19-05-2020, 11:50

19-05-2020, 11:35

19-05-2020, 11:33

19-05-2020, 11:31

19-05-2020, 11:30

19-05-2020, 11:20

19-05-2020, 11:17

19-05-2020, 11:15

19-05-2020, 10:56

19-05-2020, 10:55

18-05-2020, 17:17

18-05-2020, 17:02

18-05-2020, 16:57

18-05-2020, 16:47

18-05-2020, 15:21

Gömrükdə tutulan telefonlar kimə satılır? - MÜƏMMA

Tarix: 08-04-2019 16:46   
Gömrükdə tutulan telefonlar kimə satılır?
Azərbaycanda gömrük orqanlarının əməkdaşları mütəmadi olaraq ölkəyə ərazisinə daxil olan saxta, aksiz markasız mal və ya məhsulları müsadirə edir.

6 apreldə aparılmış son əməliyyat zamanı isə nəqliyyat vasitəsinin tavan hissəsində olan boşluqdan 3 ədəd "Samsung Galaxy A30" markalı mobil telefon, cihaz panelində olan boşluqdan isə 1 ədəd "Xiaomi Mi8 lite" markalı mobil telefon, 3 ədəd "Samsung" markalı USB kabel, 2 ədəd "Samsung" markalı "qulaqlıq", 3 ədəd "Samsung" markalı qidalandırıcı başlığı, 1 ədəd "Samsung Galaxy A30" markalı mobil telefon üçün qutu aşkar olunub.

Göründüyü kimi gömrükdən xüsusilə mobil telefonların müsadirəsi ilə bağlı məlumatları tez-tez alırıq. Bu baxımdan gömrük orqanları əməkdaşları tərəfindən müsadirə edilərək aşkara çıxarılan bu məhsulların gələcək taleyinin necə olması hər zaman ictimaiyyətin maraq dairəsində olub.

Mövzu ilə bağlı iqtisadçı Samir Əliyev “Yeni Sabah”a danışarkən bildirib ki, gömrükdə müsadirə edilən telefonlar əslində satılmalı və əldə edilən pullar dövlət büdcəsinə əlavə edilməlidir: “Amma Azərbaycanda həmin telefonların satılma mexanizmi necədir – bununla bağlı məlumat yoxdur. Yəqin ki, belə şeylər hərrac yolu ilə keçirilməlidir. Telefonlar bununla satılmalıdır. Lakin bizdə bu tipli hər hansı hərracın keçirildiyi haqqında eşitməmişəm. Bəlkə də hansısa mağazaya hansısa qiymətə satırlar. Digər tərəfdən müsadirə olunan mallar ləğv edilməli deyil. Çünki bu mallar istifadəyə yararsız deyil. Düşünürəm ki, onları məhv etmək düzgün olmaz”.

Məlumat üçün bildirək ki, açıqlanan rəsmi məlumatlara görə, son iki ayda (indiki tarixə qədər) gömrükdə ümumilikdə 139 mobil telefon, 212 ədəd telefon qidalandırıcısı, 141 ədəd mobil telefon qutuları və 180 ədəd müxtəlif markalı telefonlara aid ekranlar, 3 ədəd "Samsung" markalı USB kabel, 2 ədəd "Samsung" markalı "qulaqlıq", 3 ədəd "Samsung" markalı qidalandırıcı başlığı müsadirə edilib.

Aşkar olunanlar isə əsasən "Kgtel E1200", "Rivco 8110", "Mbape M310", "Odscn B350E" , "İphone X 64 GB" , "Samsung Galaxy J6", "Redmi Note 6 pro" , 2"Redmi Note 6 Pro", "Samsung Galaxy J4+", "Samsung Galaxy A7", "Samsung Galaxy J4 core", "Samsung Galaxy J6, "Samsung Galaxy A6", "Samsung Galaxy A9", "Samsung Galaxy J4+", "Samsung Galaxy J6+", "Samsung Galaxy J1 ace" , "Huawei Y6" , "Samsung Galaxy J2 Prime", "Xiomi Redmi 6" , "Xiomi Redmi 6A" , "Xiaomi Mi8 lite" , "Mi A2" markalı mobil telefonlardır.

Müsadirə olunan telefonlarla bağlı Dövlət Gömrük Komitəsinə göndərdiyimiz sorğuya isə 10 gün müddətində heç bir cavab verilmədi.

Lakin qeyd etməliyik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 89 nömrəli qərarına əsasən, müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar Dövlət Gömrük Komitəsinin “Azərtermi-nalkompleks” Birliyi tərəfindən qəbul edilir və Birlik anbara qəbul olunmuş malların uçotunu aparır. Dövlət mülkiyyətinə keçirilmiş mallar isə açıq gömrük hərraclarında satılır.

{sape_links}{sape_article}