Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

“Cəmiyyətdə layiqli yer tutmağa gedən yol təhsildən keçir”

Tarix: 20-05-2015 12:57   
“Cəmiyyətdə layiqli yer tutmağa gedən yol təhsildən keçir”
Elnur Tağıyev: “Təhsilə ayırdığımız vaxt, sərf etdiyimiz sərmayə heç bir zaman itmir”

Azərbaycan dövlətinin prioritet hesab etdiyi və ciddi diqqət ayırdığı sahələrdən biri də təhsil sahəsidir. Ötən illər ərzində təhsil sahəsinə aid bir sıra fərman və sərəncamların imzalanması, dövlət proqramlarının qəbul edilməsi Azərbaycan təhsilinin inkişafına öz müsbət təsirini göstərib. Məhz dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı, eləcə də təhsilin inkişaf etdirilməsinə yaradılan şərait müstəqil təhsil və tədris mərkəzlərinin yaradılmasına stimul verib. Bu gün ölkədə yüzlərlə təhsil və tədris mərkəzi fəaliyyət göstərir ki, həmin təhsil mərkəzləri də öz növbəsində gənclərin bilik və bacarıqlarının artırılması, gənclərimizin xarici dillərə yiyələnməsi və ali təhsillərini müxtəlif ölkələrdə davam etdirilməsinə şərait yaradır. Belə təhsil mərkəzlərindən biri də American Academy Tədris Mərkəzidir. Mərkəzin direktoru Elnur Tağıyevlə söhbətimizdə rəhbərlik etdiyi mərkəzin fəaliyyət istiqamətləri, qarşısına qoyduğu hədəflər barədə danışdıq.

-Elnur müəllim, bu gün gənclər bir qayda olaraq daha çox xarici dil öyrənməyə üstünlük verirlər. Xüsusilə, gənclər arasında ingilis dilinə daha çox maraq özünü göstərir. Sizcə, gənclər nə üçün ingilis dilli ölkələrdə təhsil almağa üstünlük verir?

-Bildiyiniz kimi, tarixin hər bir dövründə müxtəlif dillər beynəlxalq xarakter daşıyıb. Məsələn, orta əsrlərdə ərəb-fars, türk dilləri və s. beynəlxalq statusa malik olub, bir çox millətlər tərəfindən istifadə edilib. Qloballaşan dünyamızda da ingilis dili bu statusa sahibdir və yaxın gələcəkdə də bu trendin dəyişilməsi gözlənilmir. Məhz bu baxımdan gənclərimizin bu dilə olan marağı başadüşüləndir. Əgər inkişaf etmiş bir cəmiyyət formalaşdırmaq istəyiriksə, ingilis dilinin daha geniş auditoriyaya çatdırılmasına şərait yaratmalıyıq. O ki qaldı xaricdə təhsil məsələsinə, ölkəmiz yeni müstəqillik statusu əldə edib, tamamilə fərqli təhsil sistemindən bizim üçün yeni olan təhsil sisteminə keçid ərəfəsindədir. İngilis dilli ölkələrdə, xüsusilə, Avropada yüz illərdir formalaşmış bir təhsil sistemi var və gənclərimizin orada təhsil alması daha məqsədəuyğundur. Hətta bu proses cənab prezidentimiz İlham Əliyevin nəzarətindədir. Xaricdə Təhsil üzrə Dövlət Proqramı layihəsi bunun bariz nümunəsidir. Hər il onlarla gənc dövlətin ayırdığı təqaüdlərlə xaricdə təhsil alaraq müstəqil Azərbaycanın gələcəyinin formalaşmasında öz dəyərli töhvələrini verir.

-American Academy Tədris Mərkəzinin fəaliyyəti, əsas hədəfləri nədən ibarətdir?

-American Academy Tədris Mərkəzi 2011-ci ildə fəaliyyətə başlayıb. Hədəfimiz mükəmməl şəkildə ingilis dili tədris edərək bu dilin onların gələcək həyatında praktik istifadəsinə nail olmaqdır.

-Bu işlə məşğul olan kurslar kifayət qədərdir. Bəs, sizin onlardan fərqiniz nədir?

-Daha öncə də vurğuladığım kimi biz praktik ingilis dilinə daha çox üstünlük veririk. Tələbələrimizin ingiliscə rahat ünsiyyət qurması, qrammatik biliklərə yiyələnməsindən öncə gəlir. Bir sözlə biz yalnız qrammatika yox, ingiliscə danışmağı öyrədirik. Məncə ən böyük fərqimiz budur.

-Bəs, American Academy Tədris Mərkəzi tələbələrə xaricdə təhsillə bağlı hansı köməkliyi göstərir?

-Öncəliklə tələbələrimizi ciddi tədris prosesindən keçirərək IELTSTOEFL sertifikatlarını yüksək nəticə ilə əldə etmələrinə şərait yaradırıq. Daha sonra onların topladıqları bala uyğun olaraq müvafiq universitetlərə yerləşdirilməsi üçün köməklik göstəririk. Bu sahədə bizə Şərqi Avropada – Polşada yerləşən nümayəndəliyimizin əməkdaşları, Böyük Britaniyada partnyorluq etdiyimiz xaricdə təhsil müəssisələri köməklik göstərir. Yaxın vaxtlarda Amerika Birləşmiş Ştatlarında nümayəndəlik açmağı da planlaşdırırıq. Hər il bir sıra universitetlərlə əməkdaşlıq müqavilələri imzalayaraq tələbələrimizin güzəştli şərtlərlə xaricdə təhsil alması üşün şərait yaradırıq. Bu yaxınlarda Böyük Britaniyanın ən yaxşı 10 univeristetindən biri olan və dövlət proqramında da adı qeyd edilən “University of Exeter” ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalamış və kursumuzdan bu universitetdə təhsil alacaq tələbələrimiz üçün güzəştli şərtlər əldə etmişik. Avropaya səfərlərim zamanı mütəmadi olaraq müxtəlif universitetlərin nümayəndələri ilə görüşür, onlarla güzəştli şərtlərlə təhsil haqqında müzakirələr aparır və bir çox hallarda buna nail oluruq. Son olaraq İtaliya səfərimdə “University of Milan” ilə bu istiqamətdə əməkdaşlıq müqaviləsi imzalamışıq. Ümumilikdə, xaricdə təhsil hədəfimiz dünyada məşhur olan xarici təhsil şirkətlərindən birinin franchising-nə çevrilərək daha professional xidmət göstərməkdir. Təəssüflər olsun ki, bu gün müxtəlif növ xaricdə təhsil şirkəti adı altında fəaliyyət göstərən işbazlar mövcuddur və bu da dünyada məşhur olan xaricdə təhsil sahəsinə cəmiyyətimizdə mənfi baxış açısı formalaşdırır.

-Mərkəz olaraq gənclərə nə tövsiyə edərdiniz?

-Cəmiyyətdə layiqli yer tutmağa, sağlam gələcək formalaşdırmağa və müvəffəqiyyətli fərd olmağa gedən yol təhsildən keçir. Təhsilə ayırdığımız vaxt, sərf etdiyimiz sərmayə heç bir zaman itmir. American Academy Tədris Mərkəzi olaraq 5 ilə yaxındır ki, yüzlərlə gəncin xaricdə təhsil almasına, minlərlə gəncin dil bacarıqlarının inkişaf etdirilməsində yardımcı olmuşuq.


{sape_links}{sape_article}