Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

Deputatla tanınmış şairin yaşadığı binada rüşvət – QALMAQALI

Tarix: 06-05-2015 14:32   
Deputatla tanınmış şairin yaşadığı binada rüşvət – QALMAQALI
Deputat Fuad Muradovun, tanınmış nəğməkar şair Baba Vəziroğlunun və digər tanınmış şəxslərin mənzilləri olan hündürmərtəbəli binada rüşvət qalmaqalı yaşanır.

Bu barədə Strateq.az-a Nəsimi rayonu, Rəşid Behbudov küçəsi-146 ünvanında yaşayan yeni binanın sakinləri məlumat veriblər. Prezident Administrasiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və digər aidiyyatı orqanlara yazılan şikayət məktubları və onlara verilən cavabdan belə görünür ki, yaşadıqları binanı tikən «AQ İnşaat» şirkəti sakinləri aldadıb:

«Adıçəkilən şirkət Rəşid Behbudov küçəsi-146 ünvanında tikdiyi hündürmərtəbəli binadan mənzil alan hər kəsi çıxılmaz vəziyyətdə qoyub. Belə ki, hər mənzil sahibindən binaya təbii qazın verilməsini təmin etmək məqsədiylə 1600 manatdan pul yığan şirkət rəhbərliyi 3 ildir vədinə əməl etmir. Bununla bağlı dəfələrlə şirkətin rəhbər şəxslərinə – Qulam Hənifəyev, Akif Qurbanov və Əzizə Əhmədovaya şikayətlər elədik. Lakin hər dəfə də «gedin, nə bilirsiniz eləyin. Hətta güc qurumlarına da şikayət edin. Bacarırlarsa, gəlib, bizi həbs etsinlər», - deyə, şikayətlərimizə ironiya ilə cavab verirlər. Fövqəalədə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə yazdığımız şikayətlərə verilən cavabda isə yaşadığımız binanın hələ də istismara qəbul olunmadığı deyilir».


Sakinlər deyirlər ki, rəsmi cavabların əksinə olaraq, binanın istismara qəbul olunmadığı deyilsə də, birinci mərtəbədə fəaliyyət göstərən obyektlər qazla təmin edilib: «Maraqlıdır ki, bizim binanın birinci mərtəbəsində fəaliyyət göstərən «Embawood»un mebel salonu qazla təmin olunub. Axı, bu necə olub? Əgər qanundan danışırlarsa, o zaman dövlət komissiyasından keçməyən bir binanın altında heç bir obyekt də fəaliyyət göstərməməlidir. Bundan əlavə, binanın üstündə «Azərcell»in antennası yerləşdirilib. Bu və ya digər faktlar niyə görən yoxdur? Niyə bizlərən yığılan 1600 manat araşdırılmır?».

Onu da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini tərəfindən 11.02.2014-cü ildə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevə və sakinlər – Qadr Həsənova, Ayaz Hacıyevə, Nərgiz Səadətli və digərlərinə göndərilən cavabda da günahkar şirkət göstərilib. Məktubun sonunda isə problemin həlli üçün məhkəməyə müraciət etmək tövsiyə olunub.



Fövqəladə Hallar Nazirliyindən də oxşar cavablar göndərilib. Güc qurumlarından isə şirkətin barəsində araşdırma aparılacağı bildirilsə də, nəticə olmayıb.

Bu və ya digər ittihamlarla bağlı şirkətin mövqeyini də dinləməyə hazırıq.


{sape_links}{sape_article}