Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
14-09-2019, 13:27

14-09-2019, 13:20

14-09-2019, 12:45

14-09-2019, 12:39

13-09-2019, 16:50

13-09-2019, 13:29

13-09-2019, 12:42

13-09-2019, 12:03

13-09-2019, 11:30

12-09-2019, 21:32

12-09-2019, 17:12

12-09-2019, 16:10

12-09-2019, 15:13

12-09-2019, 14:29

12-09-2019, 12:51

12-09-2019, 12:01

12-09-2019, 11:59

12-09-2019, 11:50

12-09-2019, 11:37

12-09-2019, 11:35

11-09-2019, 17:56

11-09-2019, 17:52

11-09-2019, 16:53

11-09-2019, 16:35

11-09-2019, 16:30

11-09-2019, 15:39

11-09-2019, 15:38

11-09-2019, 14:31

11-09-2019, 12:16

11-09-2019, 10:59

11-09-2019, 10:56

10-09-2019, 15:09

10-09-2019, 14:34

10-09-2019, 14:26

10-09-2019, 14:02

10-09-2019, 11:20

10-09-2019, 11:15

10-09-2019, 11:08

10-09-2019, 11:06

10-09-2019, 10:07

10-09-2019, 00:36

9-09-2019, 23:34

9-09-2019, 23:28

9-09-2019, 23:26

9-09-2019, 20:31

9-09-2019, 15:41

9-09-2019, 15:28

9-09-2019, 15:19

9-09-2019, 15:17

9-09-2019, 15:14

9-09-2019, 14:22

9-09-2019, 11:07

9-09-2019, 11:04

9-09-2019, 11:00

9-09-2019, 10:55

9-09-2019, 10:52

7-09-2019, 09:15

7-09-2019, 09:12

6-09-2019, 16:18

6-09-2019, 15:41

6-09-2019, 12:59

5-09-2019, 18:09

5-09-2019, 17:08

5-09-2019, 17:07

5-09-2019, 14:07

5-09-2019, 13:58

5-09-2019, 12:37

5-09-2019, 12:35

Mandatını itirəcək deputatlar - Siyahı

Tarix: 04-02-2015 14:12   
Mandatını itirəcək deputatlar - Siyahı
Bu il Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə baş verəcək. Milli Məclisə V çağırış seçkilər keçiriləcək. Seçkilərə 10 ay vaxt qalmasına baxmayaraq, ictimai-siyasi həyatda aktivlik bir o qədər nəzərə çarpmır. Sanki ictimaiyyətə bəlli olmayan bir pərdəarxası proses gedir. Qeyd edək ki, parlamentdə IV çağırışdan sonra beş deputat yeri boşalıb. Bununla belə boş yerlərə hələ də seçki keçirilməyib.


Xatırladaq ki, vəzifə verilən Mübariz Qurbanlının, Əli Əhmədovun, dələduzluğa görə həbs edilən və mandatından imtina edən Gülər Əhmədovanın, avtomobil qəzasında dünyasını dəyişən Hikmət Atayevin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən Asəf Hacıyevin yeri boşdur.

Bu sakitlik zəminində uzun müddətdir ki belə bir fikir formalaşıb ki, 2015- ci ildə Milli Məclisin tərkibi ən azı 50-60 faiz dəyişəcək. Ən böyük dəyişikliyin isə hakim partiyanın siyahısında olacağı gözlənilir. Hətta YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da mediaya müsahibəsində bir növ dəyişikliyin anonsunu verib. S. Novruzov bir sıra tələblərə cavab verməyən deputatların namizədliyinin irəli sürülməyəcəyini bəyan edib: “Hesab edirəm ki, parlament seçkilərində də dəyişikliklər olacaq. Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi ilə bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək”.



Elə icra katibinin müavininin açıqlamasından da hiss edilir ki, ötən beş il ərzində Milli Məclisdə təmsil olunan bəzi deputatlar bir sıra tələblərə görə etimadlarını doğrultmayıblar. Belə ki, bir qisim millət vəkili ötən illlər ərzində çoxsaylı qalmaqalları ilə gündəmdə qaldı. Qalmaqallı deputatlara misal olaraq nurçuluqda ittiham olunan Ceyhun Osmanlının, atası Abbas Abbasovun fəaliyyətinə görə gündəmdə olan Aydın Abbasovun, iş adamı İlham Rəhimovla bir-iki ayın içində evlənib-boşanan və oğlu Elnur Aslanovun yüksək postlu vəzifədən azad edilməsinə görə gündəmdə olan Rəbiyyət Aslanovanın artıq deputat ömürlərini başa vurmaqda olduqları ilə bağlı ictimai rəy mövcuddur.

Eyni zamanda, uğursuz biznes fəaliyyətlərinə və banklardan küllü miqdarda kredit götürüb qaytara bilməyən, vətəndaşları narazı salan, adları son illər müflis millət vəkilləri sırasında çəkilən Fərhad Qəribov, Rəfael Cəbrayılovu da qeyd etmək olar.

Milli Məclisdə deputat olduğu vaxtdan bəri heç bir çıxışı ilə yadda qalmayan daha bir neçə deputat da mətbuatın hədəfində olub. Deputat Ayaz Orucovun oğlunun paytaxtda bir maşını güllə atəşinə tutması, Əsabil Qasımovun ev dələduzluğunda adının hallanması medianın gündəm mövzularından biri olmuşdu.



Yaşlı millət vəkillərinin sırasında 87 yaşlı Cəlal Əliyev, 78 yaşlı Ağacan Əbiyev, 77 yaşlı Fəttah Heydərov, 79 yaşlı Zeynəb Xanlarova, 77 yaşlı İlyas İsmayılov, 73 yaşlı Xanhüseyn Kazımlı, 74 yaşlı Arif Rəhimzadə, 75 yaşlı Ziyad Səmədzadə, 75 yaşlı Elxan Süleymanov, 76 yaşlı Yaqub Mahmudov var. Onların artıq bir neçəsi yaşı ilə əlaqədar parlamentlərin plenar iclaslarında mütəmadi olaraq iştirak etmirlər. Və növbəti çağırış bu şəxslərin əksəriyyətinin mandatla vidalaşacağı heç kimdə şübhə doğurmur.

Qeyd edək ki, üç deputatın bu il 70 yaşı tamam olacaq. Onlar Eldar İbrahimov, Hüseynbala Mirələmov, Rafiq Məmmədhəsənovdur.

Bundan başqa, Milli Məclisdə rektor kimi fəaliyyət göstərən millət vəkilləri ilə də bağlı münasibət birmənalı olmayıb. Mediada belə bir rəy irəli sürülüb ki, rektorlar deputat kimi fəaliyyət göstərməsələr yaxşıdır. Parlamentdə rektor millət vəkillərinin sayı 6- dır. Bunlar Bədən tərbiyə və İdman Akademiyasının rektoru Ağacan Əbiyev, Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Memarlıq və İnşaat universitetinin rektoru Gülçöhrə Məmmədova, Dillər Universitetinin rektoru Səməd Seyidov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Müəllimlər İnstitutunun rəhbəri Aqiyə Naxçıvanlıdır. Ötən il isə rektor deputatlardan biri, Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub.



Bütün bunlar göstərir ki, heç bir araşdırılma aparılmadan belə qeyd etmək olar ki, Milli Məclisin tərkibində böyük dəyişikliklərin olacağı qaçılmazdır.

Bu ilki seçkilərdə eyni zamanda namizədlərin tərkibində də rəngarənglik olacaq. Bir sıra media rəhbərləri millət vəkili olmaq uğrunda seçkiyə qatılacaqlar.

“Qafqazinfo” bir neçə deputatla əlaqə saxlayaraq yenidən namizəd olub-olmayacağı ilə bağlı fikirlərini öyrənib.

66 saylı Biləsuvar seçki dairəsindən seçilən deputat Xanhüseyn Kazımlı hələ bu barədə danışmağın tez olduğunu vurğulayıb. O, yaş həddinin namizədliyə aidiyyatının olmadığını nəzərə çatdırıb.



80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə bildirib ki, bu sahədə kifayət qədər özünü doğrultduğunu hiss edən və bu işin öhdəsindən gəlməyi bacaran, seçicilərin etimadını qazanan hər bir millət vəkili təkrar seçilmək arzusunda olmalıdır: “Mən də hiss edirəm ki, müəyyən enerjim var və bu işləri bacara bilərəm və seçicilərin də etimadını doğrultmuşam. Çünki bu dörd ildə 200-yə yaxın görüş keçirmişəm. Növbəti ayda hər bir kənddə bir görüş olmaqla 50 görüş keçirməyi planlaşdırıram. Görüşlərdə seçicilərin mənə olan münasibətini bir daha gördükdən sonra yəqin ki, namizədlik məsələm üzərində düşünəcəm. Növbəti görüşlərdə də seçicilər məndən razılıq ifadə etsələr, yəqin ki namizədliyimi vermək qərarında olacam”.

42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilən Musa Qasımlı ötən beş ildəki fəaliyyəti barədə danışıb. Bildirib ki, bu müddət ərzində millət vəkili olaraq qanunvericilik sahəsində fəaliyyət göstərib: “Milli Məclisin iclaslarında təqribən 50 dəfə çıxış etmişəm. Seçicilərimi və məni düşündürən ən mühüm məsələlər barədə mülahizələrimi söyləmişəm. Ötən müddət ərzində təqribən 200-250 məktub almışam. O məktublarda qaldırılan məsələlərin bir çoxu həllini tapıb. Bundan əlavə 42 saylı seçki dairəsində yerləşən bütün məktəblərdə olmuşam, müəssisələrdə görüşlərim olub, seçiciləri maraqlandıran məsələləri dinləmişəm. Ötən müddət ərazində KİV-də çıxışlar etmişəm. Sumqayıtda keçirilən bütün toplantılarda iştirak etmişəm. Bu da seçicilərlə əməkdaşlıqda bir vasitə olub. Beynəlxalq aləmdə elm sahəsində ölkəmizi təmsil etmişəm. Bir neçə beynəlxalq simpozium və konfranslarda, seminarlarda məruzələr etmişəm. Xarici ölkələrdə bir neçə monoqrafiya və məqalələrim nəşr olunub. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyinin çatdırılması istiqamətində bacardığım səviyyədə fəaliyyət göstərmişəm. Bu il keçiriləcək parlament seçkilərinə hələ çox var, zamanı gəldikdə qərar veriləcək”.



35 saylı Xətai üçüncü seçki dairəsindən deputat seçilən İqbal Ağazadə vurğulayıb ki, seçki platfotmamı necə olduğunu bilmək üçün bunu seçicilərimdən soruşmaq lazımdır: “Amma hər halda Azərbaycan parlamentinə, deputatların işinə qiymət verilərsə millət vəkili olaraq mənim adım görünən yerdə olacaq. Seçici üçün, KİV nümayəndələri üçün görünən yerdə olacaq. Ona görə də hesab edirəm ki, dəqiq qiyməti seçici verəcək. Namizədliyimi yenidən vermək məsələsinə gəlincə isə, bu partiyanın o səsə yanaşmasından asılı olacaq. Partiyamız bu qərarı verəcəksə, mütləq mənada iştirak edəcəm. Çünki mən bu prosesdə təkbaşına deyiləm” .

Ancaq kimin nə deməsindən asılı olmayaraq, deputatların hər birinin ötən beş ildəki fəaliyyəti gözlərimizin qarşısında olub. Vaxta da bir şey qalmayıb. Ona görə də, heç bir xüsusi yekun fikir söyləmədən bu ilin payızındakı yarpaq tökümünü gözləmək lazım olacaq. Necə deyərlər, deputatı payızda sayarlar...