Xəbər lenti
25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

24-04-2017, 16:46

24-04-2017, 14:18

24-04-2017, 14:10

20-04-2017, 16:14

20-04-2017, 09:42

20-04-2017, 09:32

20-04-2017, 09:28

20-04-2017, 09:27

20-04-2017, 09:26

19-04-2017, 09:46

15-04-2017, 21:45

15-04-2017, 21:40

13-04-2017, 12:56

13-04-2017, 12:53

13-04-2017, 12:41

28-11-2016, 13:37

11-11-2016, 14:09

11-11-2016, 14:06

7-11-2016, 11:52

4-05-2016, 23:51

İlham Əliyevə medal verildi

Baxılıb: 468     Tarix: 20-11-2014 17:19   
İlham Əliyevə medal verildi
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.

"Gunpress.az" AzərTac-a istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Azərbaycanda həyata keçirilən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib.

Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən dövlət başçısı ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu deyib. Prezident İlham Əliyev qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu cür tədbirlərin yaxşı fürsət yaratdığını bildirib. Bir sıra beynəlxalq tədbirlərin təşkilində ölkəmizin yaxşı təcrübəyə malik olduğunu vurğulayan dövlət başçısı birinci Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışılıb, Bakıda keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işləri görülməsindən məmnunluq ifadə olunub.

Sonra Tomas Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını Prezident İlham Əliyevə təqdim edib. Prezident İlham Əliyev bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir.

Sonda xatirə şəkli çəkdirilib.

***

Prezident İlham Əliyevin adından Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin şərəfinə ziyafət verilib.