Xəbər lenti
18-09-2018, 11:19

3-09-2018, 12:01

21-08-2018, 09:16

17-08-2018, 13:03

13-08-2018, 13:00

13-08-2018, 11:46

7-08-2018, 07:36

6-08-2018, 07:01

1-08-2018, 09:18

31-07-2018, 19:24

31-07-2018, 15:42

31-07-2018, 15:39

31-07-2018, 07:23

31-07-2018, 07:22

31-07-2018, 07:20

31-07-2018, 07:19

28-07-2018, 20:24

28-07-2018, 20:20

9-07-2018, 16:06

9-07-2018, 16:04

25-05-2018, 18:56

25-05-2018, 18:49

25-05-2018, 18:48

4-05-2018, 09:00

1-05-2018, 10:22

1-05-2018, 10:17

18-04-2018, 06:36

11-04-2018, 19:16

27-11-2017, 19:33

27-11-2017, 19:29

23-11-2017, 08:21

23-11-2017, 08:14

23-11-2017, 08:06

21-11-2017, 20:19

18-11-2017, 06:17

17-11-2017, 21:09

17-11-2017, 21:04

17-11-2017, 20:59

17-11-2017, 20:54

17-11-2017, 20:43

17-11-2017, 20:33

17-11-2017, 20:30

17-11-2017, 20:26

17-11-2017, 20:23

17-11-2017, 20:19

17-11-2017, 14:35

25-09-2017, 11:31

25-09-2017, 11:28

25-05-2017, 16:09

25-05-2017, 16:05

16-05-2017, 15:56

11-05-2017, 15:39

11-05-2017, 15:30

11-05-2017, 13:26

11-05-2017, 13:22

11-05-2017, 13:18

6-05-2017, 12:19

6-05-2017, 12:16

6-05-2017, 12:14

6-05-2017, 12:12

6-05-2017, 12:10

6-05-2017, 12:04

2-05-2017, 13:25

2-05-2017, 13:23

2-05-2017, 12:16

1-05-2017, 14:04

1-05-2017, 11:32

1-05-2017, 11:27

Orduda psixoloqların təcrübəsindən istifadə olunacaq

Baxılıb: 431     Tarix: 08-11-2014 22:28   
Orduda psixoloqların təcrübəsindən istifadə olunacaq
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Hərbi psixoloqların təlim-toplantısına hazırlıq məqsədilə tədbir keçirilib.

Gunpess.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Şəxsi Heyət Baş İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabit və professor-müəllim heyətinin iştirakı ilə keçirilən tədbirdə şəxsi heyətin döyüş hazırlığının artırılmasında, təlim-tərbiyə işinin təşkilində və aparılmasında psixologiya elminin və psixoloqların hər zaman mühüm rolu olması bildirilib.

Görüşdə hərbi hissələrdə hərbi psixoloqların işinin təşkili və onların vahid sistem şəklində yaradılması, təlim prosesi proqramlarının hazırlanması, hərbi psixoloqlar üçün ədəbiyyatın, dərs vəsaitlərinin, topluların, psixoloji testlərin tərtib edilməsi, eləcə də psixoloji təhlillərin aparılması üsulları müzakirə edilib.

Tədbirdə hərbi psixoloqların Silahlı Qüvvələrdə vacibliyinin önə çəkildiyi, bu işə cavabdeh zabitlərin daha peşəkar olmaları üçün tədris kurslarının məhz müdafiə nazirinin təşəbbüsü ilə keçirilməsinin planlaşdırıldığı və bu səbəbdən də ordumuzda tanınmış psixoloqların təcrübəsindən istifadə olunacağı qeyd edilib.

Daha sonra Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru Rəfiqə Əzimova, professor Qorxmaz Vəliyev, fəlsəfə elmləri doktoru, sosioloq Əhməd Məmmədov, dosent Müşfiq Şükürov, Psixoloji sağlamlıq Mərkəzinin əməkdaşı Gülnarə Musabəyova və başqaları çıxış edərək psixologiya elminin əhəmiyyətindən danışıblar.

Sonda psixoloqlar təlim proqramı ilə bağlı öz fikir və mülahizələrini bildirərək ordumuzun mənəvi-psixoloji cəhətdən daha da sağlam və güclü olması naminə tədris dövründə bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildiriblər.