Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

Ən dəhşətlisi isə odur ki, bu cür açıq müraciətlər, müzakirələr... - Polkovnikdən reaksiya

Tarix: 23-11-2019 17:32   
Ən dəhşətlisi isə odur ki, bu cür açıq müraciətlər, müzakirələr...
Məlum olduğu kimi, son günlər bəzi mətbu orqanlarda, xüsusən də sosial şəbəkələrdə Silahlı Qüvvələrimizin ən çox şəxsi heyəti olan, ölkənin ərazi bütövlüyünə və suverenliyinə birbaşa cavabdehlik daşıyan qurumu sayılan Müdafiə Nazirliyinə, onun ayrı-ayrı vəzifəli şəxslərinə qarşı misli görünməmiş "səlib yürüşü"-hücumlar başlanıb.
Bir neçə yüksək rütbəli ehtiyatda olan zabitlər ölkə başçısına, Ali Baş Komandana mətbuat vasitəsiylə müraciətlər ünvanlayıblar. Mən yazılan və deyilənlərlə bağlı hər hansı konkret fikir bildirmədən bir əsas məsələyə diqqət yetirmək üçün bu qeydlərimi ictimailəşdirmək istədim. Nəzərə alsaq ki müraciət müəllifləri kifayət qədər ciddi rütbələrə malik şəxslərdirlər, onların məsələləri məhz sosial şəbəkələr üzərindən açıqlamasını əsla dəstəkləmirəm və subyektiv də olsa öz fikirlərimi bildirirəm ki, belə yanaşma düzgün deyil. Yazılan və deyilənləri ordumuzun zəifləməsini daim arzulayan düşmən ölkə və onun havadarları həm oxuyur, həm də ətraflı şəkildə incələyir.
Ən dəhşətlisi isə odur ki, bu cür açıq müraciətlər, müzakirələr ordunun şəxsi heyətinə çox pis təsir göstərir.
Mən əsla kimisə müdafiə etmək üçün bunları yazmıram. Hər kəs qanun qarşısında bərabərdir və etdiyi hərəkətə görə cavabdehlik daşımalıdır və daşıyır.
Sabiq müdafiə nazirləri general-leytenant Məmmədrəfi Məmmədov və general-polkovnik Səfər Əbiyev dönəmlərində mən bu cür müraciətləri mərhum eks-prezident, Ali Baş Komandan Heydər Əliyevə şəxsən Silahlı Qüvvələrin rəhbər şəxslərinin toplantısı zamanı çatdırmışam və yazılı müraciətlər etmişəm. Və qaldırılan problem və nöqsanlarla bağlı bir sıra ciddi qərarlar qəbul olunmuşdu.
Sonuncu müraciət müəlliflərindən birinin kimliyi ilə bağlı köhnə zabit dostlarımızdan bəzi məlumatları dəqiqləşdirdim. Adətən müraciət müəlliflərinin kimliyi və prinsipiallığı ilə bağlı ətraflı məlumat olanda, qiymət vermək də asan olur.
Polkovnik Qəhrəman Mənsimzadə səhv etmirəmsə 32 il hərbi xidmət illərinə malik bir zabit olub. Deyilənə görə, bu illərdən cəmisi 7 günü birbaşa döyüş bölgəsindəki hərbi hissədə keçib. Bir neçə dəfə xidmət zamanı buraxdığı səhvlərə görə - məxfiçilik qaydalarını pozduğuna və digər qüsurlara görə tutduğu vəzifələrdən kənarlaşdırılıb. Xidmətdə ola-ola zabitə yaraşmayan digər əməllərlə məşğul olub. Hansısa ticarətlə məşğul olub və bu haqda ona edilən xəbərdarlıqlara əhəmiyyət verməyib. Yeri gəlmişkən, bir məsələni qeyd edim ki, nədənsə güc strukturlarının bəzi yüksək rütbəli zabitləri "müvəffəqiyyətdən baş gicəllənməsinə" məruz qalır və polkovnik, yaxud yüksək rütbəyə layiq görüldükdən sonra xidmətləri ilə ticarəti səhv salırlar. Necə ki, hazırkı müdafiə naziri general-polkovnik Zakir Həsənovun etimad göstərərək ordunun yanacaq-sürtkü materialları ilə təchizat xidmətinə Aslan Hüseynov adlı özündən çox razı bir şəxsi təyin etmişdilər. Polkovnik kimi yüksək rütbəyə çatan bu cavan oğlan tez bir zamanda "yolunu azıb" özünə Lerikdə "halal pullarla" oğlunun şərəfinə "Ruslan Palace" Şadlıq sarayı tikdirib. Bundan xəbər tutan nazirliyin rəhbərliyi bu harınlamış polkovniki dərhal vəzifədən uzaqlaşdırıb, onunla bağlı materialları Hərbi Prokurorluğa təqdim etmişdi. Hərbi prokuror Xanlar Vəliyevin şanlı qanun keşikçiləri də bu cavan polkovniki xeyli "tərlədərək" ordudan rahat təxris edilməsinə, gedib əsl ticarətlə məşğul olmasına şərait yaratdılar.
İndi polkovnik Qəhrəman Mənsimzadə də xeyli korrupsiya və rüşvətxorluqla bağlı məsələlərdən danışır. Olmazdımı ki, bu cavan polkovnik əlində olan dəlil və ya sübutları mətbuat vasitəsiylə deyil, əvvəl lazımı, etibar etdiyi orqanlara təqdim edib qərar verilməsini tələb edərdi?!
Sonda onu qeyd etməyi lazım bilirəm ki, son günlər Müdafiə Nazirliyimizlə bağlı yayılan xeyli sayda rəsmi təsdiqini tapmamış məlumatlar məndə çox dərin üzüntülər, əsəb yaradıb. Ən əsası da düşmənlə üzbəüz dayanan ciddi bir qurumla, onun general və polkovnikləri ilə bağlı belə açıq şəkildə məlumatların ictimailəşdirilməsi şəxsi düşüncəmə görə əsla doğru yol deyil. Bu ordu bizimdir və onun nüfuzu ilə bağlı hər birimiz son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq.
Buradan güc strukturlarına nəzarət edən hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə də səslənərək deyirəm ki, "üzünüz ağ olsun".
Tanrı Ordumuzu qorusun!
Tanrı Azərbaycanımızı hifz etsin!


{sape_links}{sape_article}