Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
24-08-2019, 11:36

24-08-2019, 11:27

24-08-2019, 11:25

24-08-2019, 10:29

23-08-2019, 14:58

23-08-2019, 14:50

23-08-2019, 13:38

23-08-2019, 12:51

23-08-2019, 12:48

23-08-2019, 08:46

22-08-2019, 16:34

22-08-2019, 15:29

22-08-2019, 15:25

22-08-2019, 15:23

22-08-2019, 14:30

22-08-2019, 12:41

22-08-2019, 12:38

22-08-2019, 12:32

22-08-2019, 12:22

22-08-2019, 12:15

22-08-2019, 12:10

22-08-2019, 11:14

22-08-2019, 10:43

22-08-2019, 10:21

22-08-2019, 10:18

22-08-2019, 10:00

21-08-2019, 22:54

21-08-2019, 22:46

21-08-2019, 22:39

21-08-2019, 22:35

21-08-2019, 17:11

21-08-2019, 14:50

21-08-2019, 14:30

21-08-2019, 12:59

21-08-2019, 12:44

21-08-2019, 12:39

21-08-2019, 11:01

21-08-2019, 11:00

21-08-2019, 10:41

21-08-2019, 10:38

21-08-2019, 10:36

21-08-2019, 10:15

15-08-2019, 17:39

15-08-2019, 16:20

15-08-2019, 15:22

15-08-2019, 15:17

15-08-2019, 13:31

15-08-2019, 13:28

15-08-2019, 12:44

15-08-2019, 11:57

15-08-2019, 10:39

15-08-2019, 10:37

15-08-2019, 10:35

14-08-2019, 15:44

14-08-2019, 13:48

14-08-2019, 13:36

14-08-2019, 12:03

14-08-2019, 11:42

14-08-2019, 11:41

14-08-2019, 10:20

14-08-2019, 10:16

14-08-2019, 10:12

13-08-2019, 20:07

13-08-2019, 19:48

13-08-2019, 19:36

13-08-2019, 19:35

13-08-2019, 19:31

13-08-2019, 19:29

Birinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdi - FOTO

Tarix: 21-05-2019 17:02   
Birinci vitse-prezident Kürdəxanıya getdi, göstəriş verdi
Mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar.

GÜNpress.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəldilər. Məlumat verildi ki, Kürdəxanı qəsəbəsində 6 min nəfər əhali yaşayır. Burada bir məktəb var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu təhsil ocağının siniflərinə baxdılar, müəllim və şagirdlərlə görüşdülər.

113 saylı tam orta məktəb 2 korpusdan ibarətdir. Birinci korpus 1971-ci ildə inşa olunub. Sonuncu dəfə burada cari təmir işləri 2006-cı ildə aparılıb. Tədrisin Azərbaycan dilində aparıldığı məktəbdə ümumilikdə 2320 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100 müəllim məşğul olur. Burada tədris 2 növbəlidir. Mehriban Əliyevaya məlumat verildi ki, məktəbin 2-ci korpusu isə 2008-ci ildə inşa olunub. Birinci vitse-prezident məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verdi.

X X X

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq oldular.

Qeyd edək ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər.

Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirdi ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq etdilər.

Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olundu və xatirə şəkli çəkdirildi.