Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
Bu gün, 08:36

Dünən, 20:57

25-09-2020, 16:47

25-09-2020, 16:44

25-09-2020, 16:40

25-09-2020, 16:00

25-09-2020, 13:29

25-09-2020, 13:20

24-09-2020, 14:41

24-09-2020, 12:52

24-09-2020, 12:37

23-09-2020, 21:48

23-09-2020, 21:47

23-09-2020, 14:37

23-09-2020, 12:39

23-09-2020, 12:04

23-09-2020, 10:42

22-09-2020, 23:30

22-09-2020, 17:00

22-09-2020, 16:02

22-09-2020, 14:11

22-09-2020, 12:55

22-09-2020, 12:44

22-09-2020, 12:04

22-09-2020, 11:16

22-09-2020, 10:26

22-09-2020, 10:21

21-09-2020, 17:33

21-09-2020, 17:09

21-09-2020, 15:14

21-09-2020, 11:34

21-09-2020, 11:17

20-09-2020, 15:55

20-09-2020, 15:51

19-09-2020, 16:18

19-09-2020, 16:16

19-09-2020, 16:13

18-09-2020, 12:00

17-09-2020, 17:13

17-09-2020, 16:24

17-09-2020, 12:02

17-09-2020, 11:32

17-09-2020, 10:57

16-09-2020, 15:59

16-09-2020, 15:48

16-09-2020, 15:42

16-09-2020, 15:37

16-09-2020, 15:17

16-09-2020, 14:30

16-09-2020, 12:42

16-09-2020, 12:40

16-09-2020, 12:39

15-09-2020, 15:42

15-09-2020, 14:45

15-09-2020, 14:40

15-09-2020, 12:03

14-09-2020, 15:02

14-09-2020, 12:20

14-09-2020, 11:42

14-09-2020, 11:36

14-09-2020, 11:12

12-09-2020, 18:15

12-09-2020, 18:11

11-09-2020, 22:50

11-09-2020, 22:44

11-09-2020, 19:34

11-09-2020, 14:39

11-09-2020, 12:51

Zülfüqarlı qardaşları Prezidentə və Birinci vitse-prezidentə şok müraciət ediblər

Tarix: 17-04-2019 16:28   
Zülfüqarlı qardaşları Prezidentə və Birinci vitse-prezidentə şok müraciət ediblər
Nurəddin və Loğman Zülfüqarlı qardaşları “Bakı Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Rasim Məmmədovun onlara qarşı qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

GÜNpress.az müraciəti təqdim edir:

“Cənab Prezident, hörmətli Mehriban xanım, “Bakı Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Rasim Məmmədov mütəmadi olaraq Zülfüqarlı qardaşlarına, məhkəmələrə təzyiq göstərib qanunsuz qərarlar qəbul edilməsi ilə bizə məxsus əmlakları ələ keçirir və bəzi kütləvi informasiya vasitələrində haqqımızda böhtan xarakterli açıqlamalar verir. Sonunci dəfə “Haqqın az” saytına verdiyi açıqlama biz Zülfüqarlı qardaşlarını arzulamadığımız bu müraciəti sizlərə KİV vasitəsilə ünvanlamağa məcbur edib.

Sizə bildiririk ki, 2002-ci ilin may ayında Ulu öndərimiz Heydər Əliyevin tövsiyəsi ilə “Bakı Poladtökmə” zavodunun özəlləşdirilməsi üçün elan edilən tenderdə iştirak etmişik. Həmin tenderin qalibi olaraq külli miqdarda investisiya yatıraraq adıçəkilən zavodu özəlləşdirmişik. Eyni zamanda, müəssisədə müasir texnoloji avadanlıqlar quraşdırıb istehsal prosesinə başlamaqla minlərlə vətəndaşımızı işlə də təmin etmişik.

Zülfüqarlı qardaşları Prezidentə və Birinci vitse-prezidentə şok müraciət ediblər

2002-ci ilin aprel ayında yenidən Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlarla görüş keçirildi. Bu dəfə Ulu öndərin tövsiyəsi ilə “Bakı Elektroştamp” zavodunun özəlləşdirilməsi ilə bağlı tenderin qalibi olduq. Yenə külli miqdarda investisiya yatırmaqla yararsız vəziyyətdə olan bu zavoddakı istehsal prosesini yenidən bərpa etdik.

Cənab Prezident, hörmətli Mehriban xanım, 2008-ci ildə külli miqdarda investisiya yatıraraq Qaradağ rayonu ərazisində Qafqazda analoqu olmayan iri diametrli spiral boru istehsalına başlayaraq “Xəzər-boru” zavodunu tikdik.

2010-cu ildə Bakının Keşlə qəsəbəsində müasir universal şverler və armatur istehsalı üçün yayma xətti quraşdırmışıq. Rasim Məmmədov külli miqdarda investisiya yatırdığımız bizə məxsus həmin xətti məhkəmələrə təzyiq göstərib qanunsuz qərarlar çıxartdıraraq qismən ələ keçirməyə nail oldu. Məhkəmə qərarında həmin yayma xəttinin ona məxsus olmadığı qeyd edilsə də, Rasim Məmmədov bu azmış kimi, tam ona məxsus olmayan, 4 dəfə keçirilmiş ekspertiza rəyi ilə həmin avadanlığın istismara yararsız olması rəylərini belə nəzərə almadan bu gün də məhkəmələrə təzyiq göstərir. Məqsədi hamıda gülünc doğuran tamamilə qanunsuz iddia irəli sürməklə bu avadanlığa görə bizdən əlindən çıxmış fayda tələbinin yerinə yetirilməsidir.

Bundan başqa, Loğman Zülfüqarlı 2004-cü ildə külli miqdarda investisiya yatıraraq Binəqədi rayonu, Binəqədi şossesi 53 M ünvanında 0,17 hektar torpaq sahəsində 2500 kvadrat metrlik ofis binası tikdirib. 2011-ci ilin yanvar ayından həmin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışda ofisin şəxsi əmlak kimi göstərilməsinə baxmayaraq, Rasim Məmmədov zorla ələ keçirib və bu günə qədər də qaytarmır.

Cənab Prezident, hörmətli Mehriban xanım, Elnur Zülfüqarlıya məxsus Binəqədi rayonu ərazisində, ümumi sahəsi 1147 kvadratmetr istehsal sahəsi olan qranitkəsmə sexinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş şəhadətnaməsi nəzərə alınmadan həmin sexi də zorla ələ keçirib və bu günə qədər də qaytarmır.

Rasim Məmmədov biz Zülfüqarlı qardaşlarına qarşı hüquq-mühafizə, istintaq, məhkəmə orqanlarına təzyiq göstərərək dəfələrlə qanunazidd hərəkətləri ilə bizə məxsus əmlaklarımızı zorla ələ keçirib və bizə dəyəri on milyonlarla manat zərər vurub. Bunun nəticəsində minlərlə vətəndaşımız işindən məhrum olub. Zəbt olunan sadaladığımız zavodlar və digər müəssisələr isə Rasim Məmmədovun şəxsən rəhbərliyi ilə dağıdılıb və xarabalığa çevrilib.

Cənab Prezident, hörmətli Mehriban xanım, Rasim Məmmədov himayədarlarına arxalanaraq bu qədər saysız-hesabsız qanunsuz əməlləri törətməklə respublikanın rəhbərliyinə biz Zülfüqarlı qardaşları barəsində yalan, həqiqətə uyğun olmayan məlumatlar verib. Hətta “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” zavodlarına görə respublika rəhbərliyinin göstərişi ilə zorla ələ keçirilərək mənimsənilən əmlaklara görə Zülfüqarli qardaşlarına 20 milyon manat ödənilməsi barədə tapşırıq verilsə də, həmin məbləğ də bu günə qədər ödənilməyib, bizdə olan məlumata görə, onun tərəfindən mənimsənilib.

Bizə qarşı bu qədər qanunsuzluğa, özbaşınalığa, haqsızlıqlara baxmayaraq, Rasim Məmmədov hansı üzlə mütəmadi olaraq mətbuata Zülfüqarlı qardaşları barəsində həqiqətəuyğun olmayan ziddiyyətli, böhtan xarakterli açıqlamalar verir? Biz inanırıq ki, Sizin müdaxilənizlə Rasim Məmmədov öz çirkin əməlindən, nəhayət geri çəkiləcək. Çünki Zülfüqarlı qardaşlarının Azərbaycan dövlətinə, hakimiyyətinə, xalqımıza hər zaman göstərdiyi xidmətlər respublika ictimaiyyətinə də məlumdur. Rasim Məmmədovun böhtan xarakterli açıqlamaları isə onun öz nüfuzuna ciddi xələl gətirir. Təəssüf ki, özü bunu hələ də başa düşmək istəmir.

Yeri gəlmişkən onu da diqqətinizə çatdırırıq ki, məhkəmədə mübahisələndirilən 17.04.2019-cu il tarixə təyin edilən, eləcə də məhkəmə rəsmi qərar çıxarmadan tamamilə qanuna zidd olaraq “Bakı Elektroştamp” zavodunun qapıları sındırılaraq zəbt edilib. Biz Sizdən bu dərəbəyliyə reaksiya verməyinizi də xahiş edirik.

Zülfüqarlı qardaşları Prezidentə və Birinci vitse-prezidentə şok müraciət ediblər

Sizdən onu da xahiş edirik ki, Rasim Məmmədovun əməllərindəki danılmaz cinayət faktlarının araşdırılması üçün hüquq-mühafizə orqanlarına göstəriş verəsiniz və işin ədalətli həllini şəxsi nəzarətinizə götürəsiniz.

Cənab Prezident, hörmətli Mehriban xanım, Sizlərin son zamanlar apardığınız islahatlar respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Biz Zülfüqarlı qardaşları da sizlərin apardığınız siyasəti, davalı islahatları dəstəkləyirik.

Hörmətlə, Zülfüqarlı qardaşları

P.S. Bizi bu müraciəti ünvanlanmağa “Bakı Steel Company” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri Rasim Məmmədovun uzun illərdir davam edən qanunsuz hərəkətləri, böhtanları məcbur edib.

{sape_links}{sape_article}