Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

"Bakı Nəqliyyat Agentliyi DYP-yə "rəhmət" oxudur" - BNA-ya ittiham

Tarix: 13-04-2019 12:00   
"Bakı Nəqliyyat Agentliyi DYP-yə "rəhmət" oxudur" - BNA-ya ittiham
"Aprelin 12-də Bakı Nəqliyyat Agentliyindən (vasitəçi qurum AsanPay) mobil nömrəmə bildiriş daxil oldu. Bildirişə əsasən, mənə Bakı Nəqliyyat Agentliyinin (BNA) 0177206 saylı protokolu üzrə cərimə yazılıb".

GÜNpress.az xəbər verir ki, bu fikirləri araşdırmaçı-yazar, hərbi ekspert Ramil Məmmədli qeyd edib. O bildirib ki, məsələni aydınlaşdırmaq üçün BNA-nın 012 404 41 20 nömrəli telefonu ilə əlaqə saxlayıb:

"Bəlli oldu ki, aprelin 11-də mən avtomobili saxlayarkən dayanma-durma qayıdasını pozmuşam və buna görə də 20 manat cərimə olunuram. İradımı telefonda danışdığım BNA-nin nümayəndəsinə çatdırdım. Amma görünən odur ki, bunun hər hansı faydası yoxdur. Çünki BNA-da dayanma-durma qaydasının müəyyənləşdirilməsinə və Bakıdakı real vəziyyətə məntiqi yanaşma yoxdur. Mənim kimi hər gün onlarla, bəlkədə yüzlərlə sürücüyə bu cür "məntq"lə cərimə yazılır. Məsələnin ən acınacaqlı yeri də odur ki, BNA-da da bu "məntiq"ə və ya elə məntiqsizliyə haqq qazandırırlar.

İradım nədən ibarətdir və niyə cərimənin yazılmasına etiraz etdim? Yuxarıda qeyd etdiyim kimi bəlli oldu ki, aprelin 11-də mən avtomobili saxlayarkən dayanma-durma qayıdasını pozmuşam və buna görə də 20 manat cərimə olunuram. Ancaq harada, hansı şəraitdə və saat neçədə?

Demək, aprelin 11-də saat 23.00 radələrində Bakının Nəsimi rayonu, Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsindəki işıqforu "Olimpik star" əyləncə mərkəzinə istiqamətdə keçdikdən təxminən 50 metr sonra sonra mobil telefonuma zəng gəldi. Bu zəngə cavab vermək məcburiyyətində olduğumdan avtomobili sağa çəkib saxladım və qısa vaxt kəsiyində danışığımı yekunlaşdırıb, yola davam etdim. BNA-nın mütəxəssisləri isə bu müddəti qanun pozuntusu hesab edərək, cərimə etmək qərarına gəliblər.

Niyə, bu vəziyyətdə sürücüyə cərimə yazılmamalıdır?

1. Yolda maşın sıxlığı yox idi.

2. Saat 23.00 keçdiyindən yolun həmin hissəsində saxlamaqla hərəktə mane olunmurdu.
Ən əsası hesab edirəm ki, adətən gecə saatlarında, xüsusən də tıxaca səbəb olacaq bir hərəkət edilmirsə məcburiyyətdən avtomobilini yol kənarında bir neçə dəqiqəlik saxlayan və maşını tərk etməyən sürücüyə cərimə tətbiq olunması məntiqsizlikdir. Ümumiyyətlə, "Anam mənə kor deyib, gəl gedənə vur deyib" prinsipi ilə vətəndaşa - sürücüyə yanaşmaq yanlışdır. BNA-ya qədər belə işləri həyata keçirən qurumların taleyinin nə ilə bitdiyinin şahidi də olmuşuq.

Son olaraq, buradan Bakı Nəqlyyat Agentliyinə müraciət edirəm: Mən o cəriməni ödəyəcəyəm, buna imkanım da var. Digər tərəfdən bu məbləğə görə sizinlə məhkəmədə çəkişmək fikrim də yoxdur. Ancaq unutmayın ki, sizin dayanma-durma ilə bağlı bu cür məntiqsiz yanaşmanıza nə mən nə də minlərlə sürücü haqq qazandırmayacaq və gördüyünüz xeyirli işlərin də üzərindən xətt çəkəcək".

BNA sözçüsü Mais Ağayev isə R.Məmmədlinin iradlarına belə cavab verib:
"Yazdıqlarından da aydındır ki, sən qayda pozubsan və buna görə də inzibati tədbir görülüb.Harda hansı qanunda yazılıb ki, telefona zəng gəlir deyə nəqliyyat vasitəsini saxlamaq dayanma və durma qaydasını pozmaq olar ? Siz saxlayan yer dayanma və durmanı qadağan edən nişanın təsir dairəsindədir. Bu nişanın təsir dairəsində isə heç bir halda saxlamaq olmaz saatından aslı olmayaraq. Sizin məntiqlə belə çıxır ki, qayda pozun və biz də gecə qara cücə qara prinsipi ilə yanaşıb cərimə yazılmamalıydı. Bu arada kiməsə rəhmət oxutdurmaq heç bir halda pis əməl deyil".


{sape_links}{sape_article}