Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
23-04-2024, 14:13

22-04-2024, 21:59

17-04-2024, 14:56

16-04-2024, 15:10

16-04-2024, 14:56

16-04-2024, 11:21

6-04-2024, 15:42

5-04-2024, 17:36

5-04-2024, 17:35

4-04-2024, 22:49

4-04-2024, 21:54

4-04-2024, 21:52

3-04-2024, 18:46

25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

Müdafiə Nazirliyinin Satınalmalar İdarəsindən Prezidentə şikayət...

Tarix: 15-11-2015 00:08   
Müdafiə Nazirliyinin Satınalmalar İdarəsindən Prezidentə şikayət...
Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Möhtərəm İlham Əliyev Cənablarına

Cənab Ali baş Komandan!

Biz bir qrup sahibkar və iş adamları yazıb sizə müraciət edərək bildirmək istəyirik ki, Müdafiə Nazirliyinin Satınalmalar İdarəsində bir qrup yüksək rütbəli şəxslər öz mənafeləri və milyonlara sahib olmaq xatirinə hörmətli prezidentimizin verdiyi fərmanlarını, dövlətin qanunlarını pozmaqla məşğudurlar.

Belə ki, həmin şəxslər heç bir qanuna əhəmiyyət vermədən, rüşvətxorluqla, dövlət büdcəsini talamaqla güclü korrupsiya və insiharçılıqla məşğuldurlar.

Yazıb məlumunuz edirik ki, həmin şəxslər vəzifələrindən sui - istifadə edərək mənəm - mənəmlik etməklə təkcə hərbi hissələrin ərzaq tədarükündən milyonlarla pul qazanırlar.

Cənab Prezident!

Həmin şəxslər öz çirkin əməllərinə don geyindirmək üçün yüz cür fırıldaq işlədirlər. Gözdən pərdə asaraq, guya həmin məhsulları almaq üçün tender keçirirlər, hansı ki, biz iş adamları 20 ildən artıq olar ki, hərbi hissələri ərzaqla təmin edirik və bundan xəbərdar deyilik. Onlar xəlvəti olaraq 3 - 4 nəfərlə əlbir olaraq çörəyi, kənd təsərrüfatı məhsullarını və digər ərzaq məhsullarını monopoliyalaşdırıblar.

Cənab Prezident!

Hörmətli prezidentimiz öz çıxışlarında sahibkarlara kömək etməyi, yeni iş yerlərinin açılmasını tələb edir. Ancaq həmin şəxslər isə prezidentimizin dediklərinin əksinə olaraq, azı 3000 nəfərin iş yerinin bağlanmasına çalışırlar və bunu etmək iqtidarındadırlar. Hansı ki, hal - hazırda işləyən, şəxsən prezidentimizin iştirakı ilə açılan zavodların bağlanma təhlükəsi var və həmin zavodlarda işləyən adamların öz iş yerlərini itirməsi qaçılmazdır. Bizim hər birimiz hal - hazırda öz regionumuzda yerləşən hərbi hissələri çörək və ərzaqla təmin edirik. Ancaq Müdafiə Nazirliyinin Satınalmalar İdarəsinin yüksək rütbəli şəxsləri öz çirkin əməllərini həyata keçirmək üçün 3 - 4 nəfər şəxslə sövdələşərək həmin işləri monopoliyalaşdırıblar. Bir sözlə, onlar tam olaraq dövlət siyasətinin əleyhinə işləyirlər.

Məlum edirik ki, həmin şəxslər müəyyən sövdələşmə ilə Gədəbəy, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gəncə, Göy-Göl, Daşkəsən, Goranboy rayonlarında yerləşən hərbi hissələrin çörəklə təmin edilməsini bir nəfər şəxsə, Vergilər naziri Fazil Məmmədov cənablarının xüsusi tapşırığına əsasən, Şəmkir rayonunda tikdirdiyi öz şəxsi zavoduna həvalə edilib və monopoliyalaşdırılıb. Digər zonalarda, yəni, Naftalan, Mingəçevir, Yevlax, Bərdə rayonlarında yerləşən hərbi hissələrin çörəklə təminatını ancaq bir nəfər şəxsə dolayı yolla veriblər. Hansı ki, respublikamızın müharibə şəraitində olmasını, hərbi hissələrin hansı regionda olmasını, həmin rayonların iqlim şəraitini, əhalinin işsiz qalmasını belə düşünmürlər. Onlar ancaq öz dolanışıqları və pul qazanmalarını düşünürlər. Onların fərqində deyil ki, əgər sabah torpaqlarımızı müharibə yolu ilə almalı olsaq və yaxud fövqəladə bir hadisə baş verərsə, həmin regionlarda yerləşən hərbi hissələrin əsgər və zabitlərinin çörəklə təminatı hansı çətinliklərə gətirib çıxarar. Onlar heç bir məsuliyyət hiss etmirlər və ancaq pul qazanmağı düşünürlər.

Cənab Prezident!

Onların vecinə deyil ki, bizim müəssisəmizdə çalışan işçilərin əksəriyyəti məcburi köçkülərdən ibarətdir və hər bir kəs dolanmaq və yaşamaq istəyir.

Cənab Prezident!

Biz sahibkarlar hörmətli prezidentimizə teleqram vasitəsi ilə də müraciət etmişik. Həmin teleqramda biz Müdafiə Nazirliyinin Satınalmalar İdarəsindəki qanunsuzluqları bildirmək istəmişik, ancaq təəssüflər olsun ki, həmin teleqramı araşdırmaq həmin qanunsuz işlərlə məşğul olan qurumun özünə göndərilib. Belə olan halda olan həqiqəti heç vaxt üzə çıxarmazlar, əksinə, öz əməllərini ört - basdır etməklə yalan məlumat verəcəklər ki, hər şey qanunidir. Biz sizə inanırıq ki, siz həmin qanunsuzluqların araşdırılması üçün onların özlərinə yox, başqa qurumlara göstəriş verəcəksiniz. Onda həqiqət daha tez üzə çıxar.

Cənab Ali Baş Komandan!

Bizim hər birimiz dövlət büdcəsinə vergi ödəyirik və bununla bərabər öz uşaqlarımıza bir parça çörək pulu qazanırıq və onlarla bərabər minlərlə işçilərimizi dolandırırıq. Biz inanırıq ki, siz bu ədalətsizliyin qarşısını alacaqsınız və siz heç vaxt belə ədalətsizliyə yol verməzsiniz.

Cənab Prezident!

Həmin o cinayətkar qruplaşmanın ancaq bir sözü var, gedin hara istəyirsiniz deyin, onsuz da sizin dediklərinizə və yazdıqlarınıza heç kim əhəmiyyət verməyəcək. Ən yaxşı halda sizin yazdıqlarınız baxılmaq üçün bizim özümüzə göndəriləcək.

Cənab Prezident!

Biz sahibkarların bir Azərbaycan vətəndaşı olaraq sizə deməyə sözümüz çoxdur.
Odur ki, sizdən xahiş edirik ki, bu vəzifəli şəxslərin pis əməllərinin qarşısını almaq üçün onların nə işlə məşğul olmasını öz nəzarətiniz altında yoxlatdırasınız. Onda sizə gün kimi aydın olar ki, onlar nə işlə məğuldurlar.

Biz həmin şəxslərin qanunsuz əməllərini faklar əsasında sübuta yetirmək üçün xahiş edirik xüsusi komissiya yaradılmasına göstəriş verəsiniz. Bir daha məlumat olaraq bildirmək istəyirik ki, biz sahibkarlar Müdafiə Nazirliyinin nəzdində olan Satınalmalar İdarəsində gedən qanunsuzluqlar barəsində yuxarı təşkilatlara müracət etmişik. Ancaq heç bir nəticə yoxdur. Odur ki, həmin idarədə özbaşınalıq bu gün də davam edir.


{sape_links}{sape_article}